Modern.az

Deputat kənd sakininin kitab çapına dəstək verdi - FOTO

Deputat kənd sakininin kitab çapına dəstək verdi - FOTO

22 Noyabr 2019, 11:55

Millət vəkili Novruz Aslanov noyabrın 21-də İsmayıllı rayonunun İvanovka kəndinə səfər edib.

 

Modern.az xəbər verir ki, yeni əsaslı təmir olunmuş İvanovka Mədəniyyət Sarayında keçirilən kitabın təqdimat mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, yerli hökumət strukturlarının və ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

 

Məlumat üçün bildirək ki, kitabın müəllifi, İvanovka kənd sakini Minnikova Tatyana uzun illərdən bəri yazdığı şeirlər toplusunu Novruz Aslanova təqdim edərək, kitabın çapına köməklik etməsini ondan xahiş edib.

 

Deputat bu xahişi yerinə yetirərək kitabı 300 tirajda çap etdirərək Tatyana Minnikovaya hədiyyə edib. Mərasimdə kitabın müəllifi Novruz Aslanova öz təşəkkürünü bildirib və bu hədiyyənin ona ən dəyərli hədiyyə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırib. Millət vəkili çıxışında kitab haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, şerlərin müxtəlif maraqlı mövzuları əhatə etdiyini, İvanovka kəndinin tarixi şəxsiyyətlərinin həyatını, sovetlər dönəmini və bu gününün qələmə alındığını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir