Modern.az

Oqtay Əsədov MDB PA-nın yubiley sessiyasında iştirak edib

Oqtay Əsədov MDB PA-nın yubiley sessiyasında iştirak edib

Aktual

22 Noyabr 2019, 13:02

Noyabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib. 

 

Modern.az xəbər verir ki, tədbiri acan qurumun Sədri, Rusiya Federasiyası Federasiya Məclisi Federal Şurasının Spikeri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley sessiyası münasibəti ilə təbrik edərək, onlara sessiyanın işində uğurlar arzuladı. Sonra MDB PA-nın yaranma tarixi və inkişaf yolu barədə sənədli film nümayiş etdirilib. 

 

Sessiyada Normativ hüquqi aktlar, Parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması,  MDB PA-nın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxıldı. Tədbirdə çıxış edənlər müzakirə olunan sənədlər barədə öz qeyd və təkliflərini bildiriblər. 

 

Parlament nümayəndə heyətimizin Sankt-Peterburqa səfəri bu gün başa çatır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?