Modern.az

Sumqayıt- Bakı qatarı xarab oldu - Yolda qaldı

Sumqayıt- Bakı qatarı xarab oldu - Yolda qaldı

22 Noyabr 2019, 13:40

Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib.

 

“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir”, -deyə açıqlamada qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi