Modern.az

Musa Musayev “91-lər”lə bağlı narazılıq etdi, Siyavuş Novruzov CAVAB VERDİ

Musa Musayev “91-lər”lə bağlı narazılıq etdi, Siyavuş Novruzov CAVAB VERDİ

22 Noyabr 2019, 14:49

“Bu gün (dünən-red.) YAP-ın yaranmasının 27-ci ildönümü ilə əlaqədar Mərkəzi Aparatın akt zalında tədbir keçirildi. Təəssüf hissi ilə qeyd edirəm ki, tədbirdə partiyanın yaradılmasında xidmətləri olmuş “91-lər” yad edilmədilər. Altı nəfər çıxışçıdan heç biri YAP-ın yaranmasında xidmtləri olmayan insanlar idi. Bu yubiley tədbirində ilk növbədə 1992-ci ilin oktyabrından 1993-cü il iyunun 15-nə kimi olan tarixdə YAP-ın yaranmasında xidməti olanlar danışmalıydı..”.

 

Bu fikirləri hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat Musa Musayev sosial şəbəkədə narazılığını ifadə edərkən bildirib.


M.Musayev YAP-da da islahata ehtiyac olduğunu vurğulayıb:

“Mən dəfələrlə demişəm, bu gün də təkrar edirəm: YAP-da təcili islahatlar aparılmalıdır, Mərkəzi Aparatdakı ab-hava kökündən dəyişilməlidir! 2000-ci, 2001-ci ildə anadan olan uşaqları tribunaya çıxarıb 27 illik tarxi olan partiyadan danışdırmağa nə ad vermək olar? Xahiş edirəm ki, tədbirin  təşkilatçıları papaqlarını qarşılarına qoyub fikirləşsinlər! Bu partiya ulu öndərin yadigarıdır!”

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı YAP-ın icra katibinin müavini Siyavuş Novruzovla əlaqə saxlyıb.

 

O, bu fikirlərin yanlış olduğunu bildirib.

 

“Dünən keçirilən tədbirlə bağlı həyatda olan “91-lər”in hamısına dəvərtnamə göndərilmişdi. Musa Musayev özü də tədbirdə iştirak edib, bu fikirləri səsləndirən insan tədbirdə olubsa, başqa nə demək olar? Ümumiyyətlə, Musa Musayev “91-lər”dən deyil axı! “91-lər”in siyahısına baxanda da görmək olur ki, Musa Musayev onlardan deyil”.

 

Siyavuş Novruzov qeyd edib ki, o, şəxsən “91-lər”dən ən azı 10 nəfərin tədbirə qatıldığını görüb.

 

“Ad çəkmək gərəkirsə, Eldar İbrahimov, Ağabəy Əsgərov, Vüqar Rəhimzadə, Şahlar Əsgərov, Südeyif İmamverdiyev, Əli Əhmədov, Hacıbala Abutalıbov, Vilayət Əliyev, Kərim Kərimov, Munis Bayramov, Rafiq Məmmədhəsənovu deyə bilərəm. Çünki mən “91-lər”in hamısını adbaad tanıyıram. Musa Musayevə gəlincə, o, Mərkəzi Aparatın keçirdiyi bütün tədbirlərdə  iştirak edir”.

“91-lər”dən tədbirdə heç kimin çıxış etməməsinə gəlincə, S.Novruzov bu məsələdə də Musa Musayevi təkzib edərək, Əli Əhmədovu misal göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi