Modern.az

Özünü peyğəmbər elan edən türk öldü

Özünü peyğəmbər elan edən türk öldü

Dünya

23 Noyabr 2019, 22:56

Türkiyədə anadan olan saxta peyğəmbər olaraq tanınan İsgəndər Evrenesoğlu vəfat edib.

Modern.az xəbər verir ki, İsgəndər Evrenesoğlu ötən əsrin 90-cı illərindən məskunlaşdığı ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində dünyasının dəyişib.

Ölümün səbəbləri açıqlanmır.

1942-ci ildə anadan olmuş İsgəndər Evrenesoğlu Dövlət Planlaşdırma Təşkilatında çalışıb. Daha sonra özünə vəhy gəldiyi iddiasına düşüb. "Risalət Nurları" kitabını Allahın vəhyi ilə yazdığını bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat