Modern.az

Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən əhaliyə güzəştlər

Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən əhaliyə güzəştlər

8 Mart 2012, 19:00

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Novruz bayramı ilə əlaqədar martın 7-dən aprelin 1-dək müəyyən xidmətlər güzəştli tariflərlə göstəriləcək. 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Modern.az saytının AzərTAc-a istinadən verdiyi məlumata görə, kampaniya çərçivəsində texniki imkan olan bütün ərazilərdə əhaliyə 2-ci telefon 50 faiz (40 manat) güzəştli tariflə, İAD avadanlığı (dəyərini tam ödəməklə) və ya SİP-lə virtual nömrələr təşkilatlar üçün 1 nömrə üçün 20 manat tarifi ilə çəkiləcək, əhali və təşkilatlar üçün CDMA nömrələrinin pulsuz (tarif 10 manat) qoşulması təmin ediləcəkdir.
Bundan əlavə, limitsiz internet xidmətlərindən istifadə etmək istəyən abunəçilərə ayrılmış xəttin birdəfəlik qoşulması (tarif 48 manat) pulsuz təmin ediləcək və ayrılmış xətlə internetə 1024 kbit/s sürətlə yeni qoşulan abunəçilərə limitsiz internet xidmətləri 1 ay müddətinə 15 manat, 2048 kbit/s sürətlə yeni qoşulanlara 1 ay müddətinə 20 manat, 3072 kbit/s sürətlə yeni qoşulan abunəçilərə isə internet xidmətləri 1 aylıq 25 manat tariflə göstəriləcək.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi