Modern.az

Mühacirətdəki ziyalılarımızı axtaran alim...

Mühacirətdəki ziyalılarımızı axtaran alim...

25 Noyabr 2019, 09:53

Qanadı qırılmayınca qatarından ayrılmaz, karvanından qalmaz durnalar. Əsrlər boyudur pozulmaq bilmir bu qatarın düzümü!


Min illərdir bizədə nəsib edilib,füsnükar, ecaskar tarixin keşməkeşli zamanlarını yaşamış, çox nadir millətlərə nəsib olan el-oba yurd həsrətiylə qovrula-qovrula yaşamaq qisməti. İnsan oğlu sahib olduğunu qeybə çəkildiyini görəndə şam kimi əriyib və torpağa qovuşmaqla sanki sahib olduğuna çatıb. Əsrlər boyu ürək ağrıdan tarixi proseslərin cəryan etdiyi bir ölkədə yaşayan insan övladı öz tarixini, mədəniyyətini, yaşadıb gəlib bu günə üz ağ çıxıbsa, sirli sehirli gerçəlikləri düyün düşmüş unudulmuş həqiqət və gerçələri görə-görə gəlib və sonda öz müstəqilliyini qazanıbsa o millət doğurdanda ölməzdir!


Bu yazımda tədqiqatçı, publisist, filologiya elmləri üzrə elmlər doktoru Abid Tahirli haqqında necə deyərlər bir neçə kəlmə söz demək qərarına gəldim.

Ən azından yaxın qonşu və kitablarının ilk oxucularından biri olduğum üçün bunu etməkdə israrlıyam. Bütün ömrünü yaradıcılığını xalqına onun pərən-pərən düşmüş övladlarına həsr etmiş bir ziyalı haqda.


Noyabrın 30-da Abid müəllimin 64 yaşı tamam olur. On yeddi kitab, saysız hesabsız məqalə və monoqrafiyalar onun  zəhməti ilə tərtib edilməklə bərabər, dörd kitabın redaktorluğunu da bu siyahıya calasaq, hər şey aydın olar.


Bəli bu kitablara bəşəriyyətin yaşıdı əzmkar bir xalqın ömür kitabıda demək olar. Ömrü boyu itmiş-burulğanlarda batmış, tarixin ayrı-ayrı dövürlərində vətənini tərk edib müxtəlif ölkələrdə mühacir həyatı yaşayan ziyalılarımızı axtarıb-arayıb üzə çıxarmaq hər ziyalının, hər kişinin işi deyil. Sirli sehirli gerçəklikləri, düyün düşmüş problemləri.unudulmuş və danılmış gerçəklərin dalınca gedib min bir zəhmət hesabına onu tabıb oxucuya təqdim etmək səadətidə hər kəsə nəsib olmur.


Düşünərəm və şübhə etmirəm ki, Abid müəllim ALLAHININ yanında insaniyyətlik borcunu dərk edən bəndələrdəndir.


Qənaətim budur ki, yaxşı insan olmadan həyatda yaxşı heçnə yaratmaq olmaz. Bir şeyi hissi edib duymasan, daxili aləminə varıb onun ürək döyüntülərini hissi edib yaşamasan, vallah ortalığa yaxşı nəsə çıxarmaq müşkül məsələdir.


Özünə ailəsinə sevgi bütün canlılara məxsus olan genetik kodlaşmış bir həyat reallığı kimi qəbul edilir.İnsanı digər canlılardan fərqləndirən üstün xüsusiyyəti onun hamı üçün yaxşı olması və mərdi namərdə qurban verməməməsidir!


Mən dəfələrlə bu müqəddəs hissi və əməlləri Abid müəllimin şəxsində duyub hissi etmiş, yaxşı mənada ona qibtə etmişəm.


Hörmətli Abid müəllim!


Böyük insan,istedadlı alim, 64 yaşınız münasibəti ilə sizi təbrik edir, hələ çox-çox illər yaradıçılıq uğurları diləyir,vahid işğalsız Azərbaycanda ömür sürmək səadəti arzu edirəm...

 

Əzizağa

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı