Modern.az

Martın 3-4-də keçirilmiş sınaq imtahanlarının nəticəsi açıqlandı

Martın 3-4-də keçirilmiş sınaq imtahanlarının nəticəsi açıqlandı

9 Mart 2012, 11:32

Təhsil Nazirliyi martın 3-4-də ölkənin bir sıra bölgələrində XI və IX siniflər üzrə keçirilən sınaq (yoxlama) imtahanlarının nəticələrini açıqladı. Təhsil Nazirliyindən Modern.az saytına bildirilib ki, budəfəki imtahanlar Gəncə, Mingəçevir, Naftalan şəhərlərində, Göygöl və Samux rayonlarında təşkil olunub.
İmtahanların nəticələrini Təhsil Nazirliyinin saytından – (buradan //exam.edu.gov.az/ ) öyrənmək olar.

IX siniflərdə sınaq  imtahanları Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib. 

Növbəti imtahanlar Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər və Yevlax rayonlarında 10-11 mart 2012-ci il tarixində keçiriləcək.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi