Modern.az

İrandan mitinqlərə görə 4 ölkəyə təhdid

İrandan mitinqlərə görə 4 ölkəyə təhdid

Dünya

25 Noyabr 2019, 23:01

İranda aksiyalarda ölənlərin sayı artaraq 143 nəfərə yüksəlib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, ötən gün aksiyalarda itirak edən 1000-dək insan saxlanılmışdı.

İran ölkədəki mitinqlərə görə ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanına da xəbərdarlıq edib. İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) generalı Hüseyn Səlami belə bir bəyanatla çıxış edib:

“ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanına səslənirəm: bizi meydanda sınadınız və güclü sillə yediniz. Gözləyin. Qırmızı xətlərimizi keçsəniz, sizi məhv edərik”.

Qeyd edək ki, İranda benzinin qiyməti 50% bahalaşandan sonra bir sıra şəhərlərdə etirazlar başlayıb.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat