Modern.az

Bakı metrosunda maraqlı HADİSƏ: növbətçi səhv etdi

Bakı metrosunda maraqlı HADİSƏ: növbətçi səhv etdi

Aktual

26 Noyabr 2019, 09:40

Səhər saatlarında metronun “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatarında maraqlı hadisə yaşanıb.

 

Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, metronun “Nizami” stansiyasında qatarın hərəkətində problem yaranıb. Buna səbəb isə sözügedən stansiyadakı növbətçinin səhvi olub. Belə ki, metrostansiyada dayanan qatarın sərnişinlərinə düşmək haqqında həyəcanlı anons verilib. Bütün sərnişinlər qatardan düşüb və gözləməyə məcbur olub.

 

Daha sonra maşinistin göstərişi ilə sərnişinlər qatara yenidən daxil olub və hərəkət bərpa edilib. Yaranmış anlaşılmazlıq sərnişinlərin narazılığına səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı