Modern.az

Putin məhkəmədə ifadə verməlidir

Putin məhkəmədə ifadə verməlidir

28 Dekabr 2009, 16:03

Rusiyada aparılmış ictimai rəy sorğusunun nəticələrinə əsasən baş nazir Vladimir Putin  “YUKOS”-un işi üzrə məhkəmədə ifadə verməlidir. Modern.az-ın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Moskvada fəaliyyət göstərən Levada Analitik Mərkəzi ölkənin 46 regionunda 127 yaşayış məntəqəsində yaşı 18-dən yuxarı 1600 respondent arasında sorğu keçirib.  Respondentlərin yalnız 9 faizi hesab edir ki, “YUKOS” şirkətinin səhmlərinin satışından əldə olunmuş pullar Rusiya məzil-kommunal təsərrüfatının inkişafına xərclənib. Respondentlərin 65 faizi buna inanmır, 20 faizi isə bu suala cavab verməkdə çətinlik çəkir. Daha maraqlı nəticə ondan ibarətdir ki, sorğuda iştirak edənlərin  50 faizi hesab edir ki, Putin məhkəməyə çağırılmalı və onun ifadəsi alınmalıdır.

 

Xatırladaq ki, məhz Putinin prezidentliyi dövründə  neft şirkəti “YUKOS”-un  prezidenti Mixail Xodorkoski korrupsiya ittihamı ilə həbs olunub. Onun səhmləri satışa çıxarılıb. Beynəlxalq təşkilatlar isə “YUKOS” şirkətinə qarşı hücumların arxasında siyasi motivlərin durduğünu qeyd edirlər.       

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir