Modern.az

İpoteka Fondu bu il bir manat da sosial ipoteka krediti verməyib

İpoteka Fondu bu il bir manat da sosial ipoteka krediti verməyib

9 Mart 2012, 16:08

Vüqar Bayramov: İpoteka Fondu 2009-cu ildəki qənaətini 2012-ci ilin yanvar-fevral aylarında kreditlərin verilməsinə yönəldib”

2012-ci ilin yanvar-fevral aylarında İpoteka Fondunun (AİF) xətti ilə 7,95 milyon manat və ya təxminən 10,11 milyon dollar məbləğində kredit verilib. Bununla da  fond 2006-cı ildən 2012-ci ilə qədər - 353,39 milyon manat dəyərində ipoteka krediti ayı rıb. Diqqəti çəkən  2012-ci ilin yanvar-fevral ayları ərzində AİF-in 3 milyon manat həcmində istiqraz yerləşdirməsinə baxmayaraq, bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 12,74 milyon manat təşkil etməsidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, İpoteka Fondu göstərilən tarixdə ipoteka kreditlərinə yerləşdirdiyi ipoteka istiqrazlarının ümumi məbləğindən 4 dəfə artıq vəsait ayırıb:

“Cari ilin ilk iyi ayında fond 3 milyon manatlıq  istiqraz yerləşdirsə də adi ipoteka kreditlərinin verilməsinə 12.74 milyon manat vəsait yönəldilib. Nəzərə alsaq ki,  adi ipoteka kreditlərinin verilişi  fondun yerləşdirdiyi istiqrazların satışından əldə edilən vəsaitlər hesabına həyata keçirilir, bu halda 2012-ci ilin ilk aylarında adi ipoteka kreditlərinin ayrılması  istiqrazların yerlədirilməsi hesabına həyata keçirilməyib. Kreditləşmə əvvəlki illərdən qalan qalıq, eləcə də  kreditlərə  hesablanan faiz və dividentlər hesabına reallaşdırıb. Xatırladım ki, 2011-ci ildə ipoteka fondu 77 milyon manatlıq ipoteka istiqrazı yerləşdirib. 2010-cu ildə isə bu rəqəm 90,5 milyon manat, 2009-cu ildə 77,2 milyon manat təşkil edib. 2009-cu ildə verilən adi ipoteka kreditlərinin həcmi  istiqrazların satışından əldə edilən vəsaitdən az olub.Beləliklə İpoteka Fondu 2009-cu ildəki qənaətini 2012-ci ilin yanvar-fevral aylarında kreditlərin verilməsinə yönəldib”.

İqtisadçının sözlərinə görə,  İpoteka Fondu istiqrazların yerləşdirilməsi ilə verilən kreditlərin məbləğini tam əlaqələndirə bilmir: “Aylar üzrə yerləşdirilən istiqrazların məbləği ilə verilən kreditlərin məbləği arasında tərsmütanasiblik var. Digər tərəfdən bu ilin ilk iki ayında fond sosial ipoteka kreditlərinin verilməsinə vəsait ayrımayıb. Halbuki 2012-ci ildə dövlət büdcəsindən sosial ipoteka kreditlərinin verilişinə 20 milyon manat vəsait nəzərdə tutulub”.

Sosial ipoteka kreditləşməsinin geçikməsinin  səbəblərinə gəlincə, V.Bayramov hesab edir ki, bu fonda büdcədən vəsaitin köçürülməsindəki yubanmalarla bağlıdır: “Sosial ipoteka kreditlərinin  şərtlərinin təkmilləşdiriləcəyi bildirilsə də, hələlik bu reallaşmayıb. Mərkəzi Bankın son açıqlamaları göstərir ki, hökümət yalnız social ipoteka kreditlərinin şərtlərini asanlaşdırmaq niyyətindədir. Halbuki 2010-cu ilin sonunda Mərkəzi Bank eləcə də Gənclər və İdman Nazirliyi Nazirlər Kabinetinə təqdim etdiyi təkliflər paketində həm adi, həm də sosial ipoteka kreditlərinin şərtlərinin sadələşdirilməsi təklif edilirdi”.

V.Bayramov hesab edir ki, adi ipoteka kreditlərinin şərtlərinin sadələşdirilməməsi iqtisadi, sosial baxımdan qəbul edilən deyil: “Adi ipoteka kreditinin verilişinə  dövlət  fondu məsul olduğu üçün Mərkəzi Bank bu kreditlərin sadələşdirilməsini həyata keçirməlidir”.   

O həmçinin sosial ipoteka kreditlərinin maksimum məbləğinin və faiz dərəclərinin dəyişəcəyini istisna etmir: “Faiz dərəcəsi 4 faizdən 2 faizə, maksimum məbləğ 35 min manatdan 50 min manata artırılacaq”. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi