Modern.az

Deputat Səbail sakinləri ilə görüşüb - FOTOLAR

Deputat Səbail sakinləri ilə görüşüb - FOTOLAR

9 Mart 2012, 16:36

Martın 9-da Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisin qəbul otağında seçiciləri qəbul edib.

Əvvəlcədən müraciət etmiş 20 seçicinin hər birini ayrı-ayrılıqda qəbul edən deputat onları narahat edən məsələlərlə tanış olub.

Deputatın ofisindən verilıən məlumata görə, müraciətlər arasında sosial, hüquqi məsələlərlə yanaşı, bir sıra məişət problemləri də yer alıb. Millət vəkilinə müraciət edən seçicilər əsasən iş, mənzil o cümlədən qanunvericiliklə bağlı bir sıra  məsələləri haqqında Fuad Muradova məlumat veriblər.

“Vətəndaş Əli Mirzəyevin müraciəti mənzil məsələsi ilə əlaqədar idi. İpoteka ilə mənzil alan vətəndaşın bütün sənədləri qaydasında olsa da, sığorta şirkəti onun mənzilində baş verən qəzanı aradan qaldırmaqdan imtina edir. Millət vəkili bu problemin həlli istiqamətində tədbirlər görüləcəyi barədə vətəndaşa bildirdi.

Vətəndaş Təbiyyət Rzayevanın problemi isə dövlət ehtiyacları üçün sökülməsi nəzərdə tutulan evi ilə bağlı idi. Belə ki, evin yerləşdiyi Bayıl qəsəbəsindən keçəcək yeni yolun tikintisi ilə bağlı evin söküləcəyi təqdirdə vətəndaşa ediləcək ödənişdə problem yaranmışdı. Onun mənzilindən əlavə bütün sənədləri qaydasında olan 6 sot torpağı üçün ödəniş nəzərdə tutulmayıb. Millət vəkili aidiyyatı qurumlara bununla bağlı müraciət edəcəyini bildirdi.

Vətəndaş Novruz Mürsəlov isə Bayıl qəsəbəsində yerləşən Hüseynbala Əliyev, Dağlı, Çernyaxovski, Lomonosov, Mürsəlov və digər küçələrdə su probleminin olduğunu millət vəkilinin diqqətinə çatdırdı. Belə ki, adıçəkilən küçələrdə su qrafikinin dəqiq vaxtı olmadığından sakinlər bəzi problemlərə üzləşir. Millət vəkili tezliklə bu məsələnin öz həllini tapacağını bildirib.

Digər vətəndaşların məsələləri isə sosial, iş və digər sahələri əhatə edirdi. Seçiciləri qəbul edilib dinlənildikdən sonra Millət vəkili Fuad Muradov onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı öz göstərişlərini verib. Millət vəkili həmçinin seçicilərinin bir sıra məsələlərinin həll edilməsi ilə bağlı yerində göstərişlər verib və onların həll olunması üçün müəyyən tədbirlər görülüb”-deyə deputatın ifisindən bildirilib.

Millət vəkili onunla görüşə gələn xanımları 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə də təbrik edib.

 

 

 

 

 

 

 

 

 

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı