Modern.az

QHT Şurası 73 QHT-nin layihəsini rədd edib

QHT Şurası 73 QHT-nin layihəsini rədd edib

9 Mart 2012, 17:12

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2012-ci il üçün elan etdiyi ilk qrant müsabiqəsinin qaliblərini martın əvvəlində açıqlamalıydı, amma qurum hələki tələsmir.
Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov bu ilin ilk müsabiqəsinə təqdim olunan layihələrlə bağlı Modern.az-a açıqlama verib. F.Qurbanov müsabiqə qaliblərinin nə vaxt elan ediləcəyi ilə bağlı sualımıza cavabında bildirib ki, bununla bağlı dəqiq heç bir məlumat verə bilməyəcək:

“Qalib layihələrin nə zaman elan ediləcəyi ilə bağlı dəqiq heç nə deyə bilməyəcəm. Bununla bağlı bizim müzakirələrimiz hal-hazırda davam edir. Qeyd edim ki, bu il Şuraya 541 layihə daxil olub. Bu layihələrdən 73-ü texniki səbəbdən tərəfimizdən qəbul edilməyib”.

Şura rəsmisi onu da qeyd edib ki, bu il təqdim olunan layihələr mövzu baxımından ötən illərdəkindən fərqlənir.

Qeyd edək ki, müsabiqəyə qatılan QHT-lərdən layihələr 9 dekabr - 30 dekabr 2011-ci il tarixləri aralığında qəbul edilib.
QHT Şurası 2012-ci ilin ilk müsabiqəsinə 10 istiqamət üzrə 1.100.000 manat ayırıb.

Anar Rüstəmov

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...