Modern.az

Masallı camaatı icra başçısını ölüm aksiyası ilə hədələdilər

Masallı camaatı icra başçısını ölüm aksiyası ilə hədələdilər

10 Mart 2012, 15:34

Qubada icra başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyasıdan sonra digər rayonlarda da əhali İcra Hakimiyyəti rəhbərliyindən narazılığığını biruzə verməyə başlayıb. Modern.az saytının məlumatına görə, Masallı rayonunun sakinləri İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdən Prezident İlham Əliyevə şikayət etməyə hazırlaşırlar.

Bu barədə saytımıza Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynullayev məlumat verib. O, bildirib ki, yaxın zamanlarda Prezidentin cənub bölgəsinə səfəri gözlənilir.
M.Eynullayev deyib ki, Masallı camaatı icra başçısı Qəzənfər Ağayevin fəaliyyətindən ciddi şəkildə narazıdır:

”Bizdə olan məlumata görə, yaxın günlərdə Prezident İlham Əliyev cənub bölgəsinə, o cümlədən Masallıya gələcək. İcra başçısının fəaliyyətindən narazı olan Masallı ziyalıları bununla bağlı ölkə başçısı ilə görüşmək istəyirlər. Bunun üçün xüsusi müraciət də hazırlamışıq. Müraciətdə icra başçısının qanunsuz əməllərinə dair faktlar əks olunub. Əgər müraciəti təqdim etməyə icazə verilməsə, ziyalılar ölüm aclığına başlayacaqlar”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?