Modern.az

Deputat türkiyəli nazirin xanımını Bakıya dəvət edib

Deputat türkiyəli nazirin xanımını Bakıya dəvət edib

10 Mart 2012, 16:05

Bu il analığın qorunması, qadın sağlamlığı və  reproduktiv sağlamlıq problemi dünyanin bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının müzakirə  mövzusu  kimi gündəmdədir. İslam Konfransı Təşkilatı çərçivəsində Tunisdə, Dünya Parlament  İttifaqının Baş Məclisinin Uqandada və  Avropa Parlament Forumunun İstanbulda keçirilməsi nəzərdə tutulan konfranslarının gündəliyi məhz bu məsələyə həsr olunub. Bu konfranslarda dünyanın fərqli ölkələrindən dəvət edilmiş parlamentarilər və qeyri-hökumət təşkilatlarının  iştirakı nəzərdə tutulub.

Məqsəd Minilliyiyin İnkişaf Strategiyasının  yerinə yetirilməsində ictimaiyyətin və siyasətçilərin diqqətini cəlb edərək, onların bu məsələdə rolunu artırmaqdır. 

Bu məqsədlə də “Lider” Qadınlar İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Tibb Universitetinin,  Türkiyənin Qadın Sağlıqçılar  və  Beynəlxalq Yerüzü Doktorlar Təşkilatlarının dəstəyi ilə “Analığın qorunması minilliyin ən əsas məqsədidir: Repoduktiv sağlamlıq və bioetika” mövzusunda konfrans keçirilməsi planlaşdırılıb. Konfrans 12-13 Mart 2012-ci il tarixində keçiriləcək. Bu barədə Modern.az-a Lider” Qadınlar İctimai Birliyinin sədri Məlahət İbrahimqızı məlumat verib.

“Lider” Qadınlar İctimai Birliyi tərəfindən  dəvət olunmuş qonaqlara - nümayəndə heyətinə tanınmış ictimaiyyətçi və dünyanın ən ağır və fövqaladə vəziyyətli ölkələrində qadınlara tibbi və hamanitar fəaliyyət göstərən Sara Davudoglu rəhbərlik edir. Sara  Davudoğlu Türkiyə xarici işlər nazirinin həyat yoldaşıdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi