Modern.az

Bakıdakı bu universitetlərin bölgələrə köçürülməsi müzakirə OLUNUR

Bakıdakı bu universitetlərin bölgələrə köçürülməsi müzakirə OLUNUR

Təhsil

27 Noyabr 2019, 17:25

Dünyanın əksər ölkələrində iri təhsil müəssələri, çoxsaylı işçiləri olan müəssisələr və başqa böyük qurumlar yalnız paytaxtda deyil, bölgələrdə də fəaliyyət göstərir. Bu, paytaxtdakı sıxlığı aradan qaldırmaqla yanaşı, bölglərin inkişafına yönəlmiş bir addımdır.


Azərbaycanda isə vəziyyət xeyli fərqlidir, bütün təhsil ocaqları, iri müəssisələr paytaxt Bakıda yerləşib. Odur ki, bu gün Azərbaycan deyiləndə daha çox Bakı göz önünə gəlir.

 

Bəzi ali təhsil ocaqları var ki, onların paytaxtda qalması zərurilik təşkil etsə də, bəzilərinin rayonlara köçürülməsi daha əlverişli ola bilər. Sosial şəbəkələrdə aparılan müzakirələrə görə, belə universitetlərə Turizm və Menecment, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Dillər Universiteti aid edilə bilər.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı Modern.az-a bildirib ki, universitetlərin regionlara köçürülməsinə dair məsələ KİV-lər və ictimai rəydə zaman-zaman gündəmə gəlib:

 

“Bəllidir ki, ali məktəblərin əksəriyyəti paytaxtda yerləşdiyi üçün şəhər bütün mənalarda yüklənir. Bu yükü yüngülləşdirmək üçün müxtəlif yolların axtarılıb tapılması məsələsi barədə müzakirələr açılır. Həmin yollardan biri də ali məktəblərin bəzilərinin paytaxtdan kənar yerlərə köçürülməsidir. İlk baxışda bu, sadə bir məsələ kimi görünür. Amma hər hansı bir universitetin paytaxtdan çıxarılıb regiona köçürülməsi üçün maddi-texniki baza, maliyyə vəsaiti, çoxlu təşkilati və texniki məsələlərin həlli lazımdır. Bunlar asan məsələ deyil. Amma görünür ki, bu məsələlər öz həllini tapacaq”.

 

Təhsil ekperti Kamran Əsədov bildirib ki, universitetlətin şəhərdən kənara köçürülməsi mühüm addım olardı:

 

“Xatırlatmaq istəyirəm ki, indi şəhərin mərkəzində olan universitetlər, ilk vaxtlar, yəni tikildiyi dövrlərdə elə şəhərin kənarında idi. Sonradan onların ətrafında yaşayış binaları salınmağa başlandı. Hesab edirəm ki, təhsil müəsissələrinin köçürüldüyü ərazilərdə tələbələrin rahatlığı üçün dünya standarlarına uyğun yataqxanalar və tələbələrin ehtiyacalarını qarşılayacaq hər bir şəraitin yaradılması nəzərdə tutulur. Amma indi bunların həyata keçrilməsi olduqca çətindir. Danılmaz faktdır ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır. Ona görə də ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsinin paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər. Dərslər başlayandan sonra pik saatlarda hərəkətdə olan vəziyyəti təhlil etdiyimiz zaman məlum olur ki, tıxacların yaranmasının əsas səbəblərindən biri tələbələrin öz avtomobillərindən istifadə edərək universitetlərə gəlməsidir”.

 

Kamran Əsədov qeyd edib ki, ona görə də təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi tıxacların azalmasına müsbət təsir göstərə bilər.

 

“Əlbətdə ki, universitetlərin paytaxtdan kənara köçürülməsi mühüm addımdır. Bu zaman müəyyən problemlər də ortaya çıxa bilər. Lakin bütün hallarda önəmli olan təhsilin keyfiyyətidir. Universitetin harada olmasından aslı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir. Xatırlatmaq istəyirəm ki, universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Qonşu Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər. Belə ki, deyilən şərait yaradılacağı halda tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər. Çünki kitabxana və yataqxana üçün başqa yerlərə getməyəcəklər” – deyən ekspert qeyd edib ki, mövcud şərait maddi durumu aşağı olan tələbələr üçün ciddi problemlər yaradır:

 

“Çünki universitetdən çıxaraq qaldıqları yerə, kitabxanaya getmək kimi işlər artıq vəsait və vaxt tələb edir. Universitetlərin kampus şəklində bir çətir altında toplanması isə tələbələrin ciblərinə müəyyən dərəcədə xeyir verəcək. Düşünürəm ki, bu yaxın vaxtlarda reallaşa bilməz. Çünki neftdən gələn gəlirlər ciddi şəkildə azaldığı, dövlət büdcəsində müəyyən ixtisarlar həyata keçrildiyi üçün bu tipli iri tutumlu layhələrin realalşması yaxın illərdə mümkün deyil. Hesab edirəm ki, əgər bu layihə reallaşsa ilk növbədə bir-birindən uzaq məsafədə tədris binaları olan universitetləri vahid bir yerə köçürmək mümkündür. Bu tipli ali təhsil müəssisələri İqtisad Univeristeti, Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitetidir. Məhz bu ali təhsil müəssisələri sadaladığım problemlərin daha çox yaşandığı nüasnlara uyğundur. Şəhərin mərkəzində yerləşirlər və tıxacların yaranmasına səbəb olurlar, həm də tədris binaları ayrı ayrı yerlərdə yerləşir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir