Modern.az

YAP təcili mətbuat konfransı da ÇAĞIRDI

YAP təcili mətbuat konfransı da ÇAĞIRDI

Aktual

28 Noyabr 2019, 09:37

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi ƏLi Əhmədov mətbuat konfransı keçirəcək.

Modern.az xəbər verir ki, bu haqda media nümayəndələrini məlumatlandıran YAP-ın mətbuat xidməti konfransın təcili olduğunu bildirib.

Qeyd edək ki, mətbuat konfransı saat 15.00-da Yeni Azərbaycan Partiyasının qərargahında təşkil olunacaq.  YAP-ın mətbuat xidməti konfransın məqsədini açıqlamayıb.


Xatırladaq ki, bu gün saat 11:00-da YAP-ın Siyasi Şurasının təcili iclası da çağırılıb. 

İstisna deyil ki, Əli Əhmədovun keçirəcəyi mətbuat konfransı Siyasi Şurasının iclasının yekunlarına həsr olunacaq...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı