Modern.az

Qadın vəkilin fəaliyyəti dayandırıldı

Qadın vəkilin fəaliyyəti dayandırıldı

Aktual

28 Noyabr 2019, 13:56

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan Modern.az-a bildiriblər ki, iclasda sədr Anar Bağırov qurumun fəaliyyəti, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişi barədə məlumat verib.

İclasda vəkillərin başqa vəkil qurumuna keçməsi, bir neçə vəkilin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb. Bundan başqa, Balakən və Qazax rayonlarında vəkil bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar qəbul olunub.

İclasda, həmçinin vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiqlənib.
Həmçinin bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Belə ki, vətəndaşdan daxil olmuş şikayətə əsasən vəkil Şəhla Hümbətova yol verdiyi qanun pozuntusuna, məhkəməyə saxta sübut təqdim etdiyinə və Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə ödəmədiyinə görə , onun vəkillik fəaliyyəti dayandırılıb və onun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?