Modern.az

Gəncədə itkin düşən 32 yaşlı qadın tapıldı

Gəncədə itkin düşən 32 yaşlı qadın tapıldı

Aktual

28 Noyabr 2019, 22:53

Gəncədə itkin düşən qadın tapılıb.

Modern.az "Trend"ə istinadən xəbər verir ki, hadisə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 27, mənzil 36-da baş verib.

Həmin evdə yaşayan, 1987-ci il təvəllüdlü Quliyeva Aygün Arzu qızı noyabrın 15-də naməlum şəraitdə itkin düşüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadın tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır