Modern.az

“Qarabağ” “Sevilya”ya məğlub oldu

“Qarabağ” “Sevilya”ya məğlub oldu

Aktual

29 Noyabr 2019, 01:52

"Sevilya" "Qarabağ" oyununda daha bir qol vurulub.

Modern.az xəbər verir ki, oyunun uzatma dəqiqələrində meydan sahibləri daha bir dəfə "Qarabağ"ın qapısına yol tapıb. Oyun  "Sevilya"nın 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında “Düdelanj” öz meydanında APOEL-ə uduzub. Bu, ikinci yerin sahibinin adına aydınlıq gətirib. Kipr təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/16 finala yüksəlib.

***

"Sevilya" "Qarabağ" oyununda hesab açıldı. Oyunda fərqlənən tərəf meydan sahibləri olub: 1-0

***

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxıb.

Modern.az  xəbər verir ki, "Qarabağ" qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın "Sevilya" komandası ilə qarşılaşır.

"Ramon Sançes Pisxuan" stadionunda baş tutan görüşü isveçli hakimlər briqadası idarə edir.

İspaniyadakı oyunda "Qarabağ"ı 100-ə yaxın azarkeş dəstəkləyir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?