Modern.az

Türkiyənin bu silahı NATO-nun 42 testini uğurla keçdi

Türkiyənin bu silahı NATO-nun 42 testini uğurla keçdi

Aktual

29 Noyabr 2019, 00:56

Türkiyənin hərbi sənayesinin milli istehsalı olan MPT 76 avtomatı NATO-nun müəyyən etdiyi 42 standart testinin hamısını keçən ilk silah olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə parlamentinin Milli müdafiə komitəsinin sədr müavini Refik Özən danışıb.

“MPT 73 NATO-nun müəyyən etdiyi 42 kriteriyasına cavab verə bilən dünyada tək silahdır. Bu fəaliyyət, xüsusilə 75%-i yerli istehsal hesabına təmin olunan müdafiə məhsulları bizim bu sahədə nə qədər uğur qazandığımızı göstərir. Keçən həftə milli hava nəqliyyatı firması YUSAŞ-a getdik. Beşinci nəsil milli döyüş təyyarəsi olacaq TF-X-in ilk uçuşunu 2026-cı ildə həyata keçirmək istəyirik”, - Özən qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır