Modern.az

"Azərbaycanın hərbi qüvvələri Laçın dəhlizini vurmalıdır"

"Azərbaycanın hərbi qüvvələri Laçın dəhlizini vurmalıdır"

28 Dekabr 2009, 17:26

Dekabrın 28-də Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin mövcud durumu ilə bağlı mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, M.Əhmədoğlu bildirib ki, 2009-cu ildə ermənilərin bütün tezisləri öz əhəmiyyətini tam itirib: “2009-cu ildə Cənubi Osetiya sindromu sıradan çıxdı. Ermənilər və ermənipərəst çevrələr Azərbaycanı bu sindromla qorxudurdular. Guya, Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəyə baçlasa, Rusiya Cənubi Osetiya ssenarisi üzrə hərəkət edərək bu dəfə Gürcüstan əvəzinə Azərbaycana qarşı hərbi gücün tətbiqinə baçlayacaq. Amma Azərbaycan tərəfindən verilən hərbi bəyanatlar beynəlxalq aləmdə ciddi reaksiya doğurmadı. Əksinə, Prezident İlham Əliyevin son hərbi bəyanatından 2 gün sonra keçirilən Münhen görüşü ciddi razılaşmanın bünövrəsini qoydu. Bu bəyanat veriləndən 4 gün sonra Rusiya prezidenti Ulyanovsk şəhərində Azərbaycanın dövlət başçısını şəxsən özü qarşıladı”.

 

SİTM sədri daha sonra deyib ki, 2009-cu ildə ATƏT-in Minsk qrupu həmsədr ölkələrin prezidentləri adından yaydığı sənəddə Azərbaycanın mövqeyini müdafiə edən bir sıra müddəalar yer alıb: “ATƏT-in Minsk qrupunun həmsədrləri bir müddət əvvəl regionda olarkən Dağlıq Qarabağın taleyini onun əhalisi tərəfindən müəyyən ediləcəyini bildirdilər. Bu fikirdə 3 məqam diqqəti çəkir: a) “Dağlıq Qarabağ əhalisi” termini “Dağlıq Qarabağ xalqı” terminini sıxışdırır. Deməli, Dağlıq Qarabağın taleyini azərbaycanlılar ora qayıtdıqdan sonra həll olunacaq. b) Həmsədrlərin fikrincə, azərbaycanlılar mütləq Dağlıq Qarabağa qayıtmalıdırlar. Yəni Dağlıq Qarabağın əhalisi kimi funksiyalaşmaları üçün onlar mütləq orada yaşamalıdırlar. c) Öz müqəddəratını təyinetmə hüququ millətə, xalqa və ya etnik qrupa məxsusdur. Bu prinsip heç bir halda “əhaliyə” şamil edilməyib. ATƏT Minsk qrupunun həmsədrləri “əhali” terminini gündəmə gətirmklə millətlərin öz müqəddəratlarını təyinetmə prinsipini sıradan çıxarırlar“.

 

Sonda M.Əhmədoğlu 2009-cu ildə hərbi meyllərin daha da gücləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 2008-ci illə müqayisədə atəşkəsin pozulması halları xeyli intensivləşib: “Azərbaycan geniş hərbi əməliyyatlara başlamadan da öz ərazilərini işğaldan azad edə bilməz. Azərbaycanın hərbi qüvvələri Laçın dəhlizini vurmalıdır. Ölkəmizin hərbi qüdrəti buna imkan verir. Bu il Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi 453 adda məhsul istehsal edib. Azərbaycanın hətta Kürdəmirdən də Laçın dəhlizini vurmaq imkanı var. Yaxud təbbi fəlakət, yəni zəlzələ, sel də Laçın dəhlizini sıradan çıxarmaq üçün bəs edər. Ermənilər bu təhlükəni hər zaman başlarının üzərində hiss etməlidirlər. Laçın dəhlizi sıradan çıxarıldıqdan cəmi iki həftədən sonra Dağlıq Qarabağ erməniləri özləri könüllü şəkildə Azərbaycanın tərəfinə keçəcəklər”.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!