Modern.az

Milli Məclisin deputatı xəstəxanadan evə BURAXILMAYIB

Milli Məclisin deputatı xəstəxanadan evə BURAXILMAYIB

29 Noyabr 2019, 10:23

“Deputat Yevda Abramovun müalicəsi davam edir. Mərkəzi Klinik Xəstəxanada həkimlərin nəzarəti altındadır. Hələ ki evə buraxılmayıb”. 

Bunu Modern.az-a deputat Vahid Əhmədov həmkarı Yevda Abramovun səhhəti barədə danışarkən deyib.

Vahid Əhmədov bildirib ki, Yevda Abramov heç bir xarici ölkədə müalicə olunmaq fikrində deyil:

“Yevda Abramovun səhhətini Heydər Əliyev Fondu  nəzarətə götürüb.  Yevda müəllimin səhhəti ilə yaxından maraqlanırlar. Hətta Heydər Əliyev Fondu bir neçə dəfə xaricə getməsini təklif etsə də, Yevda müəllim razı olmayıb. O, müalicəsini Azərbaycanda davam etdirmək fikrindədir".

Xatırladaq ki, deputat Yevda Abramovun səhhətində problem yarandığından noyabrın 21-də xəstəxanaya yerləşdirilib.

Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir