Modern.az

Nazirlik II qrup əlilin şikayətinə CAVAB VERDİ

Nazirlik II qrup əlilin şikayətinə CAVAB VERDİ

Aktual

29 Noyabr 2019, 10:48

Keçmiş döyüşçü, II qrup əlil Sərxan Məmmədov sosial şəbəkə hesabında ona verilən əmək pensiyasının dayandırıldığını bildirib.

 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu şəxsin ata adı və hansı rayon qeydiyyatı dəqiqləşdirilməyib:



"Sistemdə Məmmədov Sərxan Sənani oğlu adlı hərbi əlilin adı qeydiyyatdadır. Həmin şəxsə 14 may 2018-ci il tarixində 2-ci dərəcə əlillik verilib. Problem ondadır ki, həmin vətəndaş Xətai rayon qeydiyyatında ola-ola göndəriş Gəncə Dəmiryol Xəstəxanasından vurulub".



Şöbə müdirinin sözlərinə görə, Dəmiryol İdarəsinin əməkdaşı olmayan şəxs həmin qurumun səhiyyə müəssisindən əlillik üçün müraciət edə bilməz:

 

"Əgər belə hal aşkarlanırsa, göndəriş etibarsız sayılır".

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır