Modern.az

İrandakı etirazlar İraqa KEÇDİ – Polis 45 etirazçını güllələdi

İrandakı etirazlar İraqa KEÇDİ – Polis 45 etirazçını güllələdi

Aktual

29 Noyabr 2019, 11:05

İraqda son sutka ərzində polislə toqquşma zamanı həlak olan etirazçıların sayı 45-ə yüksəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bağdaddan 160 kilometr uzaqlıqda yerləşən Nəcəf şəhərində İran baş konsulluğu yandırılıb. Buna görə İraq xarici işlər naziri Məhəmməd əl-Hakim iranlı həmkarı Cavad Zərifdən üzr istəyib.

 

Oktyabrın əvvəllərindən başlayan etiraz aksiyalarında hökumətin istefası, həyat şəraitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və işsizlik tələbləri var. Bu müddətdə ölkədə 300-dən çox etirazçı öldürülüb, 15 minə qədər insan isə xəsarət alıb.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır