Modern.az

Soydaşımız Qazaxıstanda “Comərd ruh” nişanına layiq görülüb

Soydaşımız Qazaxıstanda “Comərd ruh” nişanına layiq görülüb

29 Noyabr 2019, 11:28

Qazaxıstanın Şimkənd şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Natiq İbrahimov “Comərd ruh” ("Jomart jan") mükafatına layiq görülüb.

 

Modern.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Qazaxıstan Xalqı Assambleyasının (QXA) bu qərarı qəbul etməsinin səbəbi soydaşımızın rəhbərlik etdiyi mərkəzin şəhərin ictimai-siyasi, humanitar və mədəni həyatında fəal iştirak etməsi, icmalararası münasibətlərin inkişafına töhfələr verməsi ilə əlaqədardır.

Nur-Sultan şəhərindəki Sülh Sarayıda keçirilən təntənəli tədbir zamanı “Comərd ruh” nişanı Natiq İbrahimova QXA-nın sədri, Assambleyanın Katibliyinin müdiri Janseit Tuymebayev tərəfindən təqdim olunub.

Soydaşımızı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır