Modern.az

PKK Qarabağa köçür?

PKK Qarabağa köçür?

28 Dekabr 2009, 17:37

 İraqda sıxışdırılan PKK yaraqlılarının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq  Qarabağ torpaqlarına köç etməsinə dair sensasiyon bəyanat yayılıb.  Modern.az-ın “Zaman”a istinadən yaydığı məlumata əsasən, bu barədə bəyanatı Türkiyədə fəaliyyət göstərən Əsassız  Soykırım İddialarıyla Mücadilə Dərnəyi (ASİMED) sədri  Savaş Əyilməz verib. Onun sözlərinə görə, PKK terror təşkilatı İran, Suriya və İraqın Şimalındakı digər kürd qruplar tərəfindən sıxışdırılmaqdadır.  Nəticədə PKK yeni məskən kimi Ermənistan və Dağlıq Qarabağı seçib.    ASİMED sədri və Atatürk Universitetinin tarix bölümünün müəllimi Əyilməz PKK terror təşkilatının Dağlıq Qarabağda, Azərbaycanda, Ermənistanda qərarlaşdığını deyib. Rəsmi Bakının  Azərbaycanın əzəli torpaqlarında özünə fəaliyyət  meydanı qurmağa çalışan terror  təşkilatına qarşı daha təsirli tədbirlər görməsi vacibliyini bildirən Əyilməz hesab edir ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsində yeritdiyi siyasətin içərisində bəzi yanlışlıqlar var: “Bunlardan ən önəmlisi Türkiyə Cümhuriyyətinə qarşı yersiz  çıxışlardır. Azərbyacanın Suriya, İraqın şimalından sıxışdırılan terror təşkilatının Azərbaycan torpaqlarında baza yaratmağa çalışan terrorçu təşkilata qarşıı daha sərt və önləyici tədbirlər alması vacibdir. Əks təqdirdə, yaxın vaxtlarda bu virus Azərbaycanı da xəstə edəcək”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır