Modern.az

Qənirə Paşayeva “İlin ən fəal qadını” seçilib

Qənirə Paşayeva “İlin ən fəal qadını” seçilib

12 Mart 2012, 13:25

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın diplomatik əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə “İlin ən fəal qadını” seçilib. Millət vəkili bu mükafata görə “Lady Radio”ya öz minnətdarlığını bildirib.

“Lady radio” tərəfindən mükafatlandırılanlar arasında millət vəkilləri Gülər Əhmədova, Jalə Əliyeva, Sevinc Hüseynova, Gövhər Baxşəliyeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova, “Azərbaycan qadını” layihəsinin rəhbəri Mahirə Əsədova, “Lady Radio”nun yaranmasına verdiyi xüsusi dəstəyə görə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, teleaparıcılar Vəsilə Vahıdqızı, Samirə Mustafayeva, Nərgiz Cəlilova, Lətafət Ələkbərova, Araz FM radiosunun direktoru Vüsalə Kərimova, Park Bulvar AVM-nin PR meneceri Günay Malikqızı, ANSPRESS-in mədəniyyət üzrə müxbiri Zülfiyyə Qurbanova ilin fəal xanımları kimi “Lady Radio və “Boxça” studiyası tərəfindən diplom və hədiyyələrə layiq görülüblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı