Modern.az

İranda tanınmış müxalifətçilər həbs ediliblər

İranda tanınmış müxalifətçilər həbs ediliblər

28 Dekabr 2009, 17:48

Modern.az BBC-yə istinadən xəbər verir ki, İranın hakimiyyət orqanları bazar günü keçirilmiş nümayişlərdən sonra bir sıra tanınmış müxalifət üzvünü həbs ediblər. Həmin nümayişlərdə ən azı 8 adam həlak olub. Tutulanlar arasında sabiq xarici işlər naziri İbrahim Yazdi və əsas müxalifət lideri Mir Hüseyn Musəvinin bir neçə müşaviri var.
Musəvinin qohumları deyirlər ki, onlar Musəvinin qardaşı oğlunun dəfn mərasimini keçirə bilmirlər, çünki onun cəsədi xəstəxanadan oğurlanıb. İran müxalifətinin internet saytında yazılıb ki, polis xəstəxananın yaxınlığında müxalifət tərəfdarlarına qarşı gözyaşardan qazdan istifadə edib. Başqa bir müxalifət lideri Mehdi Kərrubi hökumətin etirazlara zorakı reaksiyasını pisləyərək, Aşura günü adamların öldürülməsini misilsiz vəhşilik adlandırıb.

ABŞ və Fransa reaksiya verib

Youtube saytında yayımlanmış videoda nümayişlərin gərgin olduğu görünür. Vaşinqtonda Ağ Ev nümayişlərin dağıdılmasını "mülki şəxslərin öz universal hüquqlarından istifadəsinə zorakı və ədalətsiz təzyiq" adlandırıb.
Fransanın xarici işlər naziri Bernard Bolero BBC-nin THE WORLD TODAY proqramına müsahibəsində nümayişçilərə qarşı zorakılığı pisləyib. O, deyib: "Biz küçələrdəki insanların daha artıq azadlıq, demokratiya və ifadə azadlığı istədiyini yada salırıq. Polis qüvvələrinin repressiyası qəbul edilməzdir. Biz hazırkı hadisəyə siyasi həll yolu tapılmasına çağırırıq".
Fransanın xarici işlər naziri və Avropa Birliyinin İrandakı hadisələrə daha sərt reaksiya verə biləcyinin mümkünlüynə işarə vurub.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir