Modern.az

Azərbaycanda hər il 1500 qız arzuolunmaz hamilə olur

Azərbaycanda hər il 1500 qız arzuolunmaz hamilə olur

12 Mart 2012, 15:50

Azərbaycanda hər il 1500 qız qeyri-qanuni hamiləliyə məruz qalır. Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Azərbaycan milli qanunvericiliyində “Reproduktiv sağlamlıq” mövzüsu ilə bağlı bu gün Tibb Universitetində keçirilən toplantıda söyləyib.

Deputat bildirib ki, ümumiyyyətlə bu məsələ ilə bağlı cəmiyyətdə az məlumatlar var və cəmiyyət ciddi maarifləndirməyə ehtiyac duyur.

M.Quliyev qeyd edib ki, Azərbaycanda ildə ən azı 1500-dən çox qız qeyri qanuni hamiləliyə məruz qalır, yaxudda qarnında olan uşağını “abort” elətdirir.
 M. Quliyev məsələnin hüquqi tənzimlənməsi ilə bağlı qanunvericiliyin olmadığını bildirib. Onun sözlərinə görə, bu il ərzində 15% ailə dağılıb.

”Azərbaycanda yeni qurulan ailələrin 15 faizi sonsuzluğa duçar olur, bunun da 50 faizi qadınlar, 30 faizi kişilər, 20 faizi isə həm qadınlar, həmdə kişilərlə bağlıdır”.
 
Millət vəkili  onu da bildirib ki,  hər il Azərbaycanda ailələr 1000-nə yaxın uşağı övladlığa götürürlər, eyni zamanda hər il 300 ailə süni mayalanma yolu ilə uşaq əldə etmək yolunu tutur və bu işə ildə 30 milyon pul xərclənilir.

M.Quliyevin sözlərinə görə, Azərbaycanda ana bətnindəki dölün cinsinin müəyyənləşdirilməsi  məsəələsi də ciddi problemdir. Məhz bunun nəticəsi olaraq hazırda yeni doğulan uşaqların 60 faizi oğlan uşaqlardı.
”Bu da onu göstərir ki, biz gələcəkdə başqa millətlərdən gəlin gətirməli olacağıq”.

Deputat son vaxtlar cəmiyyətdə müzakirə mövzusu olan “surroqat ana” məsələsinə də toxunub. O bildirib ki, bu cür yolla uşağa sahib olmanı katoliklər və islam dini qadağan etsə də, provaslavlar ona müsbət yanaşırlar.
”Surroqat ana” məsələsinin Azərbaycan parlamentindəmüzakirə olunacaq “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinə salınmasına gəlincə isə deputat bildirib ki, əvvəl-axır bu sənəd qəbul olunacaq.
”Ona görə də bu məsələnin maarifləndirilməsinə böyük ehtiyac var. “Surroqat ana” məsələsi ictimaiyyət arasında ciddi müzakirə olunmalıdır”.

M.Quliyev qeyd edib ki, 4-5 uşağı olan millət vəkilinin “surroqat ana” praktikasının tətbiqinə qarşı çıxması başa düşüləndi.
”Amma bir şey başa düşülən deyil ki, digər ailələr sonsuz olmaq istəmirlər, onlar da uşaq sahibi olmaq istəyirlər”.

Modern.az        

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir