Modern.az

Ermənilər Gülzar nənənin nağıllarını müzakirə edirlər

Ermənilər Gülzar nənənin nağıllarını müzakirə edirlər

12 Mart 2012, 16:00

“Gülzar nənə” təxəllüsü ilə yazan uşaq yazıçısı Gülzar İbrahimovanın əsərləri ermənilər tərəfindən müzakirəyə çıxarılıb. Yazıçının özündən aldığımız məlumata görə, onun nağıl və şeirləri saytından götürülərək rus dilinə tərcümə edilib və OPEN ARMENIA WORLDWIDE ARMENIAN FORUM saytında diskussiya obyektinə çevrilib.

Forumda G.İbrahimovanı Klara Setkinlə müqayisə ediblər, onu şovinist adlandırıblar, yazıçının nağıllarının bütün erməni xalqına qarşı çıxdığı iddia edilib.

Gülzar İbrahimova öz yazılarında bütöv xalqı pisləmədiyini, sadəcə bizim uşaqları ayıq olmağa, ermənilərdən uzaq durmağa çağırdığını deyir:
“Yazdıqlarımda ermənilərin başımıza gətirdiklərinin çoxunu gizlədirəm. Çünki bu hərəkətləri insan adı ilə bir yerə sığışdırmıram. Müharibələr sərhədləri dəyişə bilir, insanlığı yox. Uzaq-yaxın keçmişdə sülhə, insanlığa səsləyən dahilər Nizamı Gəncəvi, Fizuli, Ovanes Tumanyan, Avetik İsahakyan, Şota Rustaveli dünya xalqları tərəfindən sevilib, indi də sevilir. Pislər isə yer üzündən izsiz silinib”.

Gülzar İbrahimova Zəngəzur mahalının Mehri rayonu Aldərə kəndində, müəllim ailəsində anadan olub. 2004-2011 ilə qədər ANS PRESS Nəşriyyat evinin təsis etdiyi “BALA DİLİ” jurnalının şef-redaktoru olub. Hazırda "Kicik Dünya" uşaqların maariflənməsinə kömək ictimai birliyinin təsisçisi və idarə heyətinin sədridir. İctimai Birliyin nəzdində acılmış "Sehirli Dünya" uşaq jurnalının baş redaktorudur. Roman, povest, hekayə, nağıl, mənsur şeir, miniatür, şer, təmsil, tapmaca, yumoristik hekayə və bir çox səpgidə yazılar müəllifidir.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır