Modern.az

Qış turizm mərkəzləri qonaqları qarşılamağa hazırdır!

Qış turizm mərkəzləri qonaqları qarşılamağa hazırdır!

1 Dekabr 2019, 16:20

Azərbaycanın zəngin təbii resursları, mədəni və maddi irsi və təbiət abidələri ölkəmizin hər bir guşəsində turizmi inkişaf etdirməyə şərait yaradır. Bu gün Respublikamızın 5 əsas - şimal, şimal-qərb, mərkəz, Bakı-Abşeron, cənub turizm koridorları turizm potensialı olan və inkişaf etdirilmə mərhələsində olan bir çox resursları mövcuddur.

 

Bu barədə Turizm Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Agentliyin məlumatına görə, Oğuz, Zaqatala, Quba, Qəbələ, Lənkəran, Daşkəsən rayonlarında mövcud olan mineral su yataqları turizm əhəmiyyətli məkanlar olaraq qeyd edilib:

 

“Şəki, Zaqatala, Balakən, Oğuz, Lənkəran, Quba, Qusar, İsmayıllı, Şamaxı və ümumilikdə bütün rayonlarımızda mövcud olan bir çox tarixi abidələr, Quba, Qusar, Zaqatala, Göyçay, Lənkəranda baş tutan festivallar və bu istiqamətdə bir çox turizm potensiallı ərazilərimiz mövcuddur:

 

“Həmin ərazilərdə nəzərdə tutulmuş fəaliyyətlər tezliklə bu əraziləri Azərbaycan turizminə bəxş edəcək. Dünyada mövcud turizm trendlərinin analizi və Azərbaycanda bu turizm növlərinin potensialının öyrənilməsi, həyata keçirilməsi bizim prioritet məsələlərimizdəndir. Bu gün dünyada trend olan dağ piyada yürüşləri, quş müşahidəsi, festival turizmi, irs turizmi, sağlamlıq turizmi, şoppinq turizmi və digər sahələr Azərbaycanda da inkişaf etdirilməyə başlanılıb. Tezliklə hazırladığımız bütün məhsullar turizm sənayəsinə birbaşa aidiyyatı olan bütün tur agentliklərə və digər əlaqədar qurumlara təqdim olunacaq”.

 

Turizm Agentliyindən o da bildirilib ki, qış turizmi agentliyin və Azərbaycan Turizm bürosunun bu ilki fəaliyyət planında geniş yer tutub:

 

“Belə ki, Şahdağ və Tufandağ kurortlarının turizm təkliflərini turistlərə aşılamaq məqsədilə hədəf ölkələri nəzərdə tutan onlayn kampaniyalar həyata keçirilir. Həmçinin qurumumuz qış kurortları ilə Bakı və digər şəhərlərin nəqliyyat əlaqələrini nəzərdən keçirib, qış turizmi üçün çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti qurumlarla işbirliyindədir”.

 

Əlavə olaraq, agentlik turistlər üçün xizək kurortlarının əlçatanlığını artırmaq məqsədilə xüsusi addım da atıb. Azərbaycan Turizm Bürosu www.skiazerbaijan.com veb saytını hazırlayıb istifadəyə verib:

 

“Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm bürosunun 2020 fəaliyyət planında isə qış xizək kurortlarında turizm fəaliyyət istiqamətlərinin genişləndirilməsi nəzərdə tutulub”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir