Modern.az

Fəzail Ağamalı: “Əvvəl dediyim hər sözün üstündə dayanıram: Son dəyişiklik mətbuata səmərəli nəticələr verəcək”

Fəzail Ağamalı: “Əvvəl dediyim hər sözün üstündə dayanıram: Son dəyişiklik mətbuata səmərəli nəticələr verəcək”

Media

2 Dekabr 2019, 12:00

Milli Məclisin deputatı Fəzail Ağamalı bir müddət öncə mətbuata müsahibəsində media sahəsində islahatların vacibliyini bildirmiş, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun  ləğvi və ya yenidən təşkili barədə təklif səsləndirmişdi.
Deputat hər il dövlət büdcəsindən bu fonda ayrılan milyonlarla manat vəsaitin şəffaf şəkildə xərclənməməsinə, mətbuata bu xərcləmələrlə bağlı hesabat verilməməsinə diqqət çəkmişdi.


Fəzail Ağamalı ölkə başçısının həyata keçirdiyi sonuncu kadr dəyişikliklərindən sonra yenidən bu məsələyə qayıdıb.

O, Modern.az-a açıqlamasında bildirib ki, əvvəllər söylədiyi hər bir sözün üstündə dayanır:

“Mən söylədiyim heç bir sözü təsadüfi demirəm. Düşünürəm ki, bu gün bütün sahələrdə çox ciddi islahatlar gedir və eyni zamanda KİV-in İnşkiaşına Dövlət Dəstəyi Fondunda da köklü dəyişikliklər və islahatlar aparılmalıdır”.

 

Fəzail Ağamalı ölkə prezidentinin apardığı sonuncu struktur dəyişikliyindən, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin ləğvindən və onun əvəzində iki yeni şöbənin yaradılmasından da bəhs edib.

 

“Ölkə prezidentinin aparmış olduğu bu dəyişiklik heç şübhəsiz ki, çevikliyi, konkretliyi və operativliyi təmin etmək baxımından ciddi əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu islahatlar da özünün səmərəli nəticələrini verəcək. Aparılan dəyişiliklər həmçinin mətbuat sahəsində də səmərəli nəticələr verəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir