Modern.az

Ölüm bayrağı

Ölüm bayrağı

3 Dekabr 2019, 15:19

İbrahim İsgəndərli


Cəmiyyətdə insanların həyat tərzlərini yaxşılaşdırmaq üçün ilk növbədə onların mənəvi iztirablarının mahiyyətini bilib, sonra bu istiqamətdə addım atmalısan ki, gələcək həyatda da gedişlərin bir miras formada yaddaşlarda qalsın. Təəssüflər ki, bizləri insanların mənəvi iztirabların mahiyyətindən çox onun cəmiyyətə heç bir əhəmiyyət gətirməyən tərəfi daha çox cəlb edir.


Bunun üçün nüfuz çox önəmlidr, amma yaşadığımız mühitdə onu yanlış olaraq yaltaqlıq, mənasız susqunluq, hərəkət lazım olduğu yerdə hərəkətsizlik, qanunsuz əməli qanuni kimi anlamaqla ictimaiyyət tərəfindən təpki əvəzinə alqış və afərin kimi ritorik yanaşmalarla mükafatlandırılırıq. Nəticə olaraq vəziyyətimiz göz qabağındadır, heç bir kəşfə belə ehtiyac qalmır. Bax bu cəmiyyətin hansı stadiyada olduğundan xəbər verir. Bəs nə etməli?


 Təcili cəmiyyətdə ciddi formada sosial ədaləti bərpa etməliyik.  Amma necə? İlkin olaraq  anlamalıyıq ki mədəni cəmiyyətdə idrakı olmayan  nüfuz sahibi ola bilmədiyi kimi, zəngin də ola bilməz. Təəssüflər olsun ki, bizdə  elə idraksız, nüfuzsuz varlıqlar var ki, istənilən qədər variadata sahibdirlər. Ancaq, o varidat sahibləri bu gün ölkənin sosial həyatında insanların iztirablarını azaltmaq üçün ədalətli addımların  həyata keçirilməsində heç bir rol oynamırlar. Səbəb yuxarıda ərz etdiyim göstəricilərdir.

 
Onlar heç olmasa bu məqsədlə  kiçik bir gediş etmiş olsaydılar hal-hazırda biz bu günləri yaşamazdıq, heç vaxt da onları bu formada qiymətləndirməzdik.

 
Bu yerdə Şərqin fatehi Səlahəddinin həyatından önəmli nümünəni hətta düşmənlərini belə heyran edən gedişi xatırlatmaq istərdim. O, xəstəliyinin son günlərində qapısının üstünə bayraq yerinə kəfən asdırır. Bu ölüm bayrağının gözətçisi ətrafa belə hayqırır: "Ey insanlar, Şərqin fatehi Səlahəddinin özü ilə aparacağı sərvətə baxın”


Bax, lap bu cür də demirəm, çünki buna çox böyük zəka və ürək lazımdır, ancaq heç olmasa o kəfən insanların yaddaşına lazım olan vaxtda düşsə, sosial ədaləti bu qədər tez-tez gündəmə gətirməyə ehtiyac belə qalmaz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır