Modern.az

Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi - “Mən namizədliyimi verə bilərəm” 

Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi - “Mən namizədliyimi verə bilərəm” 

4 Dekabr 2019, 11:07

Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Növbədən kənar seçkilərdə bir sıra “supriz” insanların da qatılacağı istisna edilmir. Bu namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib:

 

“Bəli, İnşallah mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) nazmizədliyimi irəli sürərsə, mən namizədliyimi verə bilərəm. Bu barədə danışmaq hələlik tezdir. Cənab prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”.

 

YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsiniz sualına isə M.Mərdanov  “İnşallah. Allah qoysa...” cavabını verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər