Modern.az

BMU beynəlxalq konfransda təmsil olunub

BMU beynəlxalq konfransda təmsil olunub

Aktual

4 Dekabr 2019, 11:54

Bakı Mühəndislik Universiteti (BMU) Litva Mərkəzi Bankının (Lietuvos Bankas) Vilnüs şəhərində yerləşən mərkəzi qərargahında keçirdiyi “Makroiqtisadiyyat və maliyyədə öyrənmə və gözlənti formasiyaları” adlı beynəlxalq konfransda təmsil olunub. Tədbirdə BMU-nun Maliyyə kafedrasının müdiri, i.ü.f.d. Füzuli Əliyev iştirak edib.

 

Modern.az xəbər verir ki, konfransda öncə İngiltərənin Oksford Universitetinin iqtisadiyyat üzrə professoru Klaus Adam rasional gözlənti modelləri, onların monetar siyasətdə və aktivlərin qiymətləndirilməsi sahələrində tətbiqi haqqında geniş məlumat verib. O, həmçinin yeni neoklassik real biznes tsiklləri modeli barədə təqdimatla çıxış edib.

 

Tədbirin növbəti günlərində iştirakçıların elmi işləri təqdim olunub. BMU-nun əməkdaşı F.Əliyev konfransda “Neft qiyməti şoklarının fond birjasına təsiri: Neft ixrac edən Müstəqil Dövlətlər Birliyi (MDB) nümunəsi” adlı tədqiqatla çıxış edib. Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, konfransa bir çox Avropa ölkələrinin mərkəzi banklarının və universitetlərinin maliyyə sahəsi üzrə tədqiqat aparan alimləri qatılıb.  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir