Modern.az

AFFA \"Neftçi\"ni cərimələdi

AFFA \

4 Dekabr 2019, 13:43

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XIII turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

 

“Keşlə” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 

 

“Qəbələ” – “Zirə” qarşılaşmasında 5 oyunçusu sarı vərəqə alan meydan sahibləri də eyni cəzaya layiq görülüb.

 

“Səbail” – “Neftçi” görüşündə birincilərin futbolçusu Eltun Yaqublu ilə qonaqların meneceri Qədir Həsənov arasında mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə onlar cəzalanacaqlar.

 

Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 manat cərimələnib. “Ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun diskvalifikasiya edilib. Görüş başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibi klub 1600 manat cərimə ödəyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi