Modern.az

Nazirlikdən Göyçayda tapılan hava şarı ilə bağlı AÇIQLAMA

Nazirlikdən Göyçayda tapılan hava şarı ilə bağlı AÇIQLAMA

4 Dekabr 2019, 13:56

Müdafiə Nazirliyi Göyçayda həyətə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə yayılan məlumatara aydınlıq gətirib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az verilən məlumatda qeyd olunur ki, bəzi yerli elektron KİV-də Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb:

 

“Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir. Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir