Modern.az

Qorxmaz Hüseynov Şirvanda vətəndaşları qəbul edəcək

Qorxmaz Hüseynov Şirvanda vətəndaşları qəbul edəcək

Aktual

4 Dekabr 2019, 13:29

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 11 dekabr 2019-cu il tarixində Şirvan şəhərində Şirvan və Hacıqabuldan olan vətəndaşları qəbul edəcək.

 

Modern.az xəbər verir ki, 13 dekabr 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Sabirabad şəhərində Sabirabad və Saatlı, “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov isə Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.

 

Qəbullar Şirvan şəhərindəki Gənclər Mərkəzində, Sabirabad və Salyan şəhərlərindəki Heydər Əliyev mərkəzlərində  keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq. 

 

Vətəndaşlar qəbul üçün Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan və Neftçala sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir