Modern.az

Tural Gəncəliyev: “Brüsseldə mühüm görüşlərimiz olacaq”

Tural Gəncəliyev: “Brüsseldə mühüm görüşlərimiz olacaq”

4 Dekabr 2019, 15:24

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması Brüsseldə ilk görüşünü Avronest Parlament Assambleyasının sədri ilə keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə icmanın sədri Tural Gəncəliyev “Real” Televiziyasının birbaşa bağlantısında danışıb. 

 

O qeyd edib ki, Avronest PA sədri cənab Andriyus Litvanın keçmiş baş naziri olub:

 

“Bu görüşdə Ermənistanın işğal təcavüzü ilə bağlı mövqeyimizi Avropa nümayəndəsinə təqdim edəcəyik. Bizim xüsusilə, erməni icması ilə birlikdə, sülh şəraitində Dağlıq Qarbağda yaşamaq, öz torpaqlarımıza geri dönmək istədiyimizi və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində gələcəkdə daimi və ədalətli sülhün bərqərar olması barədə mövqeyimizi ortaya qoyacağıq. Bundan sonra digər mühüm görüşlərimiz də baş tutacaq”.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabr ayında ABŞ-ın Los-Anceles şəhərinə və Türkiyənin Ankara şəhərinə səfər edib. İcma üzvləri hər iki şəhərdə xeyli sayda görüşlər keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir