Modern.az

Vüsalə Məmmədova: “Mən “sevmədiyim insan” ifadəsini sevmirəm” - MÜSAHİBƏ

Vüsalə Məmmədova: “Mən “sevmədiyim insan” ifadəsini sevmirəm” - MÜSAHİBƏ

Media

4 Dekabr 2019, 16:06

4 dekabr tarixi İctimai Televiziyanın efirində bu günün aktual mövzularının müzakirəsini sabaha saxlamayan jurnalist xanımın -Vüsalə Məmmədovanın doğum günüdür.

 

Modern.az saytının əməkdaşı doğum günü ilə bağlı Vüsalə Məmmədova ilə söhbətləşib.

 

Vüsalə Məmmədova Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino sənəti ixtisası üzrə təhsil alıb. 8 il teatr sahəsində çalışan Vüsalə Məmmədova 2007-ci ildən PR sahəsində çalışır. 2009-cu ildən mətbuatdadır.

 

- Vüsalə xanım, öncəliklə sizi təbrik edirəm. İşləriniz necə gedir?

 

- Həm doğum günüdür, həm də iş günüm. Təbrikləri, xoş sözləri qəbul edə-edə efirə hazırlaşıram. Bu gün "Sabaha saxlamayaq” komandası ilə çox ciddi bir mövzunu araşdırırıq və paralel olaraq dostların, sevənlərin təbrik zənglərini, mesajlarını cavablandırmağa çalışıram. Çox qürurluyam ki, onlar belə bir günü unutmayıblar, təbrik edirlər.

 

- Müşahidələrimə əsasən bilirəm ki, çox aktiv xanımsınız. Həm iş, həm sosial şəbəkələr, həm də ailədəki, evdəki aktivliyinizi necə qoruya bilirsiniz?

 

- Məncə burda çətin bir şey yoxdur. Həyatında hər şeyin həddini, yerini bildikdən sonra hər şeyə zaman ayırmaq mümkündür. Belə olduğu halda həyatımızda olanların heç birindən zamanı alıb o birisinə vermirsən.

 

- İctimai TV-nin sosial mediada noyabr ayı üzrə izlənmə reytinqlərinə baxdıqda “Sabaha saxlamayaq”ı birinci yerdə gördüm. Sizcə, bu insanları düşündürən, onlara maraqlı olan aktual mövzuları seçdiyinizə görədir?

 

- Bəli, “Sabaha saxlamayaq” noyabr ayının reytinqlərində birinci, oktyabrda isə ikinci yerdə oldu. Bu, olduqca qürurvericidir. Əslində böyük komanda deyilik, amma o qədər peşəkar, işini sevən, peşəsi ilə nəfəs alan insanlarla bir arada çalışırıq ki, heç çətinlik çəkmədən reytinqdəki birincliyi əldə etdik. Peşəkarlıq olanda birinciliyi əldə etmək heç də çətin deyil. İşin resepti çox sadədir - məsuliyyətini dərk edib, vicdanla çalışmaq. Mən çox şanslıyam ki, komandamızda hər kəsin prioriteti eynidir.

 

- Mövzuları siz seçirsiniz?

 

- Komanda olaraq bir yerdə müzakirə edib qərarlaşdırırıq. Gündəlik olaraq hansı mövzu müzakirə ediləcəksə, onu komanda olaraq seçirik.

 

- Nə vatxsa olub ki, sevmədiyiniz, hətta küsülü olduğunuz birisiylə veriliş xatirinə eyni auditoriyanı paylaşmaq məcburiyyətində qalmısınız?

 

- Ümumiyyətlə, münasibətim olan və ya olmayan, nə vaxtsa dostum olan, lakin indi heç danışmadığım adamlar həmin mövzuda onun iştirakı lazımdırsa, qeyd etdiyiniz hal müzakirə belə olunmur. Çünki mən həmin şəxsi ora dost kimi çağırmıram, onu müzakirə edilən mövzu üçün dəvət edirik. Mənim üçün şəxsi münasibət şəxsi olaraq da qalır. Nə tamaşaçı, nə komanda üzvləri hiss edə bilmir ki, bizim həmin adamla münasibətimiz, salam-sağolumuz yoxdur. Bu, təkcə İctimai Televiziyada deyil, burdan əvvəlki fəaliyyətim dövründə də belə olub. Xoşlanmadığım insanı evimə dəvət etməyə bilərəm, ancaq bunun işlə heç bir əlaqəsi yoxdur. Məni belə öyrədiblər ki, peşəkarlığın başlıca şərtlərindən biri də evinlə işinin arasındakı səddi çəkə bilməkdir. Necə ki, efirdə də evindəki kimi davrana bilməzsən. Mən "sevmədiyim insan" ifadəsini sevmirəm, deyək ki, ünsiyyət qurmaq istəmədiyim insan araşdırdığımız mövzu üzrə ekspertdirsə, çəkinmədən zəng edib, işlə bağlı danışa bilərəm. Həmişə də belə işləmişəm. Düşünürəm ki, həmin şəxs də məni cavablamağa məcburdur, Vüsaləyə cavab verməyə bilər. Çünki o, təkcə mənə yox, oxucuya, tamaşaçıya cavab verir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir