Modern.az

İlham Əliyev Masallıya gedib

İlham Əliyev Masallıya gedib

13 Mart 2012, 16:57

Martın 13-də Azərbaycanın cənub bölgəsinə səfər edən Prezident İlham Əliyev Astara rayonuna baş çəkəndən sonra Masallıya gəlib.  (AzərTAc)
Dövlət başçısı Masallı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkındakı abidəni ziyarət edib, Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyevin adını daşıyan park yenidən qurulub. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb. Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait var.

İlham Əliyev martın 13-də “Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə çərçivəsində yenidən qurulacaq Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı gilizi təmələ buraxıb və beton qarışığı töküb.
Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.

Azərbaycan Prezidenti Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısı mədəniyyət evinin təmirdən əvvəlki vəziyyətini və təmir işlərinin gedişini əks etdirən stendə baxıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir