Arxiv
5 Dekabr 2019, 11:06 | ƏDƏBİYYAT
Xatirələr işığında

Ölkədə dəmiryol nəqliyyatının inkişafında danılmaz xidmətləri olan tanınmış dəmiryolçu və iqtisadçı, əmək veteranı Tofiq Mansurov bizimlə söhbətlərinin birində xalq şairi Hüseyn Arifin bu misralarını səsləndirdi və kövrəldiyini də gizlədə bilmədi:

 

“Müdrik bir insanın hafizəsi də

Yeraltı, yerüstü sərvətə bənzər”.

 

- Bu misralar şəriksiz olaraq xalqımızın şərəf və şöhrət ünvanı unudulmaz Heydər Əliyev barədədir – dedi. Bu iki misranın fəlsəfi mənası həqiqətən də insan zəkasına verilən ən yüksək qiymətdir.


Tofiq müəllimin yaxın dostu və qohumu, neftçi-şair Zaməddin Ziyadoğlu da, mən də Tofiq müəllimin keçdiyi həyat yoluna yaxından bələd olduğumuzdan onun həm də poeziyaya, şeirə, sənətə sıx bağlılığını yaxşı bilirdik. Onu da bilirdik ki, dostumuz əmək fəaliyyəti boyu Ulu Öndərin həyata keçirdiyi tədbirlərin fəal iştirakçılarından, tapşırıqlarının yorulmaz icraçılarından biri olub. Bu gün də hər dəfə Ulu Öndərlə bağlı xatirələri yada saldıqca Tofiq müəllimin simasında qəribə bir nurlanma əlaməti, sevinc işartıları duyulur.


Qısa tanıtma: Tofiq Mansurov 1941-ci ilin aprelində Ağstafa rayonunda anadan olub. Bakı Dəmiryol nəqliyyatı texnikumu bitirib. Sonra Rostov və Xarkov şəhərlərində ixtisası üzrə iki ali təhsil alıb.

Biləcəri Lokomotiv deposunda çilingər, təmir ustası, 1968-ci ildən Azərbaycan Dəmiryolu idarəsində plan-iqtisadiyyat şöbəsində mühəndis, şöbə müdirinin müavini, maliyyə xidmətinin rəisi, Yol rəisinin sərnişindaşıma, sonra isə iqtisadiyyat üzrə müavini işləyib. Daha sonra Dövlət Plan Komitəsində bölmə müdiri, Nazirlər kabinetində nəqliyyat və rabitə şöbəsinin müdiri, Xəzər Dəniz Gəmiçiliyi rəisinin müavini vəzifələrində çalışıb.


Tofiq Mansurov ömrünün 78-ci ilində otuz altı il əvvəl iştirak etdiyi bir tarixi müşavirə barədə təəssüratını bizimlə bölüşdü.


- Yaşlı nəslin nümayəndələri yəqin ki, yaxşı xatırlayırlar, 1982-ci ilin dekabrında xalqımızın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildikdən sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. Bu yüksək təyinatı nəinki Azərbaycan xalqı, bütövlükdə böyük türk dünyası hədsiz sevinc hissilə qarşıladı. Biz də onun kuratorluq etdiyi sahələr içərisində nəqliyyatın və rabitənin sürətlə inkişaf edəcəyinə ümid bəsləyirdik. O vaxtlar mən Azərbaycan Dəmiryol İdarəsində maliyyə xidmətinə rəhbərlik edirdim. 1983-cü ilin fevralında bir il əvvəlin texniki-iqtisadi göstəricilərinin yekunları ilə bağlı hesabat vermək üçün Moskvaya – SSRİ Yollar Nazirliyinə ezam olunmuşdum.


Moskva özünün qarlı, şaxtalı, çovğunlu günlərini yaşayırdı. Ölkənin əksər vilayətlərində də qış sərt keçirdi. Bəzi bölgələrdə bu səbəbdən fövqəladə vəziyyət elan olunmuşdu. Mövcud vəziyyət dəmiryol nəqliyyatını, eyni zamanda digər xidmət strukturlarını ciddi hərəkətə gətirmişdi. Nazirliyin binasında yerli radio şəbəkəsi ilə hava şəraiti barədə tez-tez operativ məlumat verilirdi. Təsadüfən şöbələrin birində eşitdim ki, ertəsi günü Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini Heydər Əliyevin iştirakı ilə Ümumittfaq selektor müşavirəsi keçiriləcək. Səhv etmirsəmsə, bu, Ulu öndərin keçirdiyi ilk belə geniş miqyaslı tədbir olacaqdı.


Doğrusu həyəcandan özümə yer tapa bilmirdim. Çox istəyirdim ki, mən də bu tədbirdə iştirak edim, amma heç cür çıxış yolu tapa bilmirdim. Nəhayət, Baş Maliyyə İdarəsi rəisinin müavini Viktor Fyodoroviç Pryadkonun yanına gəldim, müşavirədə iştirak etmək istədiyimi bildirdim. O, əvvəl bunun mümkünsüz olduğunu söylədi, yığıncaqda yalnız xüsusi dəvət olunmuş kadrların iştirak edəcəyini bildirdi. İsrarlı təkidimdən sonra o, nazirliyin hərbiləşdirilmiş mühafizə idarəsi rəisinin müavini işləyən oğlunun köməkliyi ilə xahişimi yerinə yetirə bildi. Ayaq üstə də olsa, müşavirədə iştiraka zəmanət aldım.


Nazirliyin altı yüz əlli nəfərlik iclas salonunda iynə atsan, yerə düşməzdi. Orada quraşdırılmış selektor qurğusundan müxtəlif regionlardan olan iştirakçıların yerində olub-olmaması prosedur qaydasında yoxlanılırdı. Çox keçmədi ki, Heydər Əliyevin zala daxil olacağı barədə elan səsləndi. Qapı açıldı və hər birimizin qəlbində möhtəşəmlik və qürur simvolu kimi bərqərar olmuş Heydər Əliyev və SSRİ Dəmir Yolları naziri Nikolay Semyonoviç Konorev zala daxil oldular. Həmin anın sevincli, xoş və unudulmaz təəssüratını sözlə ifadə etməkdə çətinlik çəkirəm. Zalda oturanlar Böyük Azərbaycanlını sürətli alqışlarla qarşıladılar. Konorev kimi Ümumittifaq şöhrətli və işgüzar bir nazirin Heydər Əliyevin qarşısında adidən-adi bir fiqur kimi görüntüsü heç yadımdan çıxmır. Selektor müşavirəsi Uzaq Şərqdən – Saxalindən başladı. Dəmiryol rəisi, sonra Primorski Vilayət Partiya Komitəsinin katibi dəmiryolundakı vəziyyət barədə ətraflı məlumat verdilər. Bildirildi ki, bəzi istilik-elektrik stansiyalarında kömür yanacağının çatışmazlığı səbəbindən stansiyalarda fasilələr yaranmışdır. Eyni vəziyyət Zaqafqaziya Dəmiryolunda və İrkutsk vilayətində də müşahidə olunur. Krasnoyarsk vilayətindəki analoji vəziyyət barədə məlumat veriləndən sonra Heydər Əliyev dərhal selektora qoşuldu və çox sərt şəkildə səsləndi ki, “iki saatdır şablon çıxışlarınıza qulaq asıram, ancaq konkret bir cavab eşitmirəm. Görünür, vəziyyəti düzəltməyə qadir deyilsiniz, bu da ki, məsuliyyətdən yayınmağızınla bağlıdır. Mənə izah edin görüm nə üçün vaxtında lazımi tədbirlər görməmisiniz? Deyirsiniz ki, vaqon çatışmır, yolları qar basıb, hər yerdə çovğundur, beləliklə, nəqliyyat sistemi iflic vəziyyətinə düşüb. Səbəbini təbii fəlakətlə bağlayırsınız. Axı, siz ildə iki dəfə - yaz və payız aylarında təsərrüfata baxış keçirirsiniz, qartəmizləyən texnikanın işlək vəziyyətə gətirilməsini, körpülərin, tunellərin selə qarşı davamlılığını, yük ərazilərinin lazımi texnika, mal-materialla təchizatını təmin etməlisiniz. Görünür, bu tədbirləri başdansovdu görmüsünüz, indi də acı nəticələri ilə üzləşirsiniz. Deməli, tapşırıqlara məsuliyyətsiz yanaşmısınız, çünki illər boyu cəzasızlıq şəraitində işləmisiniz, tapşırıqların icrasına nəzarət funksiyasını qədərincə yerinə yetirməmisiniz. Daha belə olmayacaq. Biz uzun illərin arzuolunmaz sindromuna “yox” deyəcəyik.


Heydər Əliyev daha sonra vaqon çatışmazlığının, yükdaşımalarındakı gecikmələrin səbəblərini əsl mütəxəssislərə xas olan və siyasi dünyagörüşü, fəhmi ilə hər kəsi heyran qoyacaq tərzdə təhlil etdi, nöqsanları doğuran amilləri bir-bir, səbrlə çözələdi, müvafiq təşkilat və strukturların, hökumət rəsmilərinin, partiya yetkililərinin diqqətinə çatdırdı. Ulu öndər həmin gün bütün ölkəni silkələyən qərarlara imza atmaqla siyasi səbatlılığını, dövlətçilik gücünü bir daha nümayiş etdirdi. Həmin selektor müşavirəsində işdən azad olunan və məsələləri Siyasi Büroya çıxarılması qərara alınan məmurların heç biri, yaxud onların yüksək eşalonda təmsil olunan hamiləri özlərinə bəraət naminə bircə kəlmə belə danışmağa cürət etmədilər. Heydər Əliyevin ağayana, faktlara söykənən səlis və məntiqli çıxışı, replika və iradları məsuliyyətsiz idarə rəislərinin, partiya liderlərinin qarşısında polad sipər kimi dayanmışdı və bu əzmkarlığın, iradə və siyasi yetkinliyin qarşısında heç kəs cınqırını belə çıxara bilmədi. Heydər Əliyevin Azərbaycan Dəmiryolunun qabaqcıl maşinisti, Sosialist Əməyi Qəhrəmanı Qəzənfər Əliyevin yükdaşımalarındakı faydalı iş üsulu barədə xatırlatması da yerinə düşdü. Belə bir faktın yada salınması o dövr üçün çox cürətli addım sayılırdı. Bütün bunlar mənim gözlərim qarşısında baş verirdi və bu gün də həmin anların unudulmaz təəssüratını yaşamaqdayam. Təbii ki, kimlərin hansı cəzaya layiq görüldüyü ilə bağlı faktlar stenoqramik şəkildə tamamilə yaddaşımdadır və bütün bunlar, eləcə də Heydər Əliyevin müstəqilliyin ilk illərində həyata keçirdiyi sosial-iqtisadi islahatlar, xüsusən ölkəyə taxıl idxalı ilə bağlı radikal addımları barədə şahidi olduğum hadisələr fonunda üzərində işlədiyim kitabda yeri gəldikcə söhbət açacağam.


- Tofiq müəllim, Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsindən və Siyasi Bürodan istefa verdikdən sonra da onunla bir vaxtlar çiyin-çiyinə çalışan insanların çoxu dahi şəxsiyyətin yüksək idarəçilik qabiliyyətini, siyasi uzaqgörənliyini etiraf etmiş, ondan çox şey öyrəndiklərini dilə gətirmişlər. Ölkənin polad magistrallarında yaranan canlanma, dəmiryollarında rentabelliyin və intensivliyin artması bilavasitə Heydər Əliyevin fədakar və yorulmaz əməyi ilə bağlı idi.


- Tamamilə doğru fikirdir, biz bunu hər addımda hiss edirdik. Ölkənin bütün guşələrində, polad relslərin uzandığı bütün nöqtələrdə Heydər Əliyev fenomeninin doğurduğu yüksək nəticələrin şahidiydik. Ancaq dahi şəxsiyyətin fəaliyyətini kölgə altına salmağa çalışan üzdəniraq qüvvələr də var idi. Bunlar əsasən ermənilər və onların ətrafında birləşən qüvvələr idi. Çünki o vaxtlar SSRİ Dəmiryolu sistemində bütün strukturlarda, qovşaq və baş idarələrdə gəlirli və perspektivli vəzifələri daşıyanların çoxu erməni əsillilər idi. Dəmiryolunun Yükdaşıma Baş idarəsinin rəisi Beqbaryan, Əsaslı Kapital Qoyuluşu Baş idarəsinin rəisi Arakelov, nazirliyin Əmək və Əmək haqqı şöbəsinin rəisi Stepanov, nazirliyin Katiblik rəisi Arutyunov və başqaları ölkənin şah damarı olan dəmiryollarına nəzarəti öz əllərinə keçirmişdilər. Təbii ki, belə şəraitdə işləmək olduqca çətin və əzablı idi. İldə bir neçə dəfə Moskvaya ezam olunduğum vaxtlarda Azərbaycana bəslənilən arzuolunmaz münasibətin şahidi olurdum. Ancaq Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu müddətdə onun qorxusundan hər birimizlə mehriban davranır, müraciətlərimizi vaxtında yerinə yetirirdilər.

Yaxşı xatırlayıram, nazirliyin kollegiya iclasında məni Azərbaycan Dəmiryolunun Maliyyə Xidmətinə rəis təsdiqlədikdən sonra Mərkəzi Komitəyə çağırdılar. Mərkəzi Komitənin Nəqliyyat və Rabitə şöbəsinin Zaqafqaziya respublikaları üzrə bölməsinin müdiri Aleksandr Mixayloviç Maxavoyun yanına yollandım. O, Azərbaycan Dəmiryolunun fəaliyyəti ilə bağlı məlumat aldıqdan sonra Azərbaycana aid məktublarla dolu qalın bir qovluğu mənə təqdim etdi. Bölmə müdiri dedi ki, bax bütün bunlar Heydər Əliyevlə bağlı Azərbaycandan göndərilən məktublardır və mən özlüyümdə qərəz dolu yazıların heç biri ilə razılaşmıram. Sadəcə bütün bunlar böhtan xarakterlidir. Sonralar biz onun xahişi ilə bəzi məktubları araşdırdıq və müəyyənləşdirdik ki, donoslar əsasən Bakının Avakyan, Kamo, Şolntsev, Şaumyan və digər küçələrində yaşayan ermənilər tərəfindən yazılıb, Moskvaya göndərilib. Elə buradaca Maxavoyun çox səmimi şəkildə söylədiyi bir fikri xatırlatmaq istərdim: “Sizin bəzən yersiz inamınız, xeyirxahlığınız və sadəlövhlüyünüz başınıza bəlalar gətirir”. Doğrusu, illər keçsə də, bu fikirlə razılaşmamaq olmur. Millətimizin üzləşdiyi fəlakətlərin çoxu riyakar qonşularımızın hiylə dolu, məkrli münasibətlərindən qaynaqlanır. Bu həqiqəti kim bilmir ki... Bundan sonrakı tale yolumuzda ötənlərdən dərs almalı, kimin-kim olduğunu dəqiq müəyyənləşdirməliyik. Çox şükürlər olsun ki, indi daxili və xarici siyasətimizin başlıca prioritetləri məhz bu istiqamətə yönəlib. Ölkə rəhbərliyinin torpaqlarımızın tezliklə işğaldan azad olunmasına, Azərbaycanın dünya meridianlarında daha da şöhrətlənməsinə yönəlik siyasət yürütməsi bu fikrin daha ucadan səslənməsinə mühüm stimul verir.


Akif  Cabbarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mənzillərin kirayə haqları  aşağı salınmalıdır - İqtisadçıdan TƏKLİF 21 Yanvar 2020, 20:19 Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var 21 Yanvar 2020, 20:03 Böyük Britaniya İrandakı səfirini dəyişməyəcək 21 Yanvar 2020, 19:55 Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI 21 Yanvar 2020, 19:42 Azərbaycanda nə qədər həkim var? - RƏQƏM 21 Yanvar 2020, 19:28 Musa Qasımlı kənd sakinləri ilə görüşüb 21 Yanvar 2020, 19:20 Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır 21 Yanvar 2020, 19:17 Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüş 21 Yanvar 2020, 19:09 Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır” 21 Yanvar 2020, 19:04 Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO 21 Yanvar 2020, 18:59 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2020, 18:52 Fəzail Ağamalı Surra kəndində seçicilərlə - VİDEO 21 Yanvar 2020, 18:45 Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:33 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:14 Azərbaycan pasportundan imtina edib Ukrayna vətəndaşlığı alanlar... 21 Yanvar 2020, 18:08 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 21 Yanvar 2020, 18:07 Cavanşir Paşazadə kənd insanları ilə bir araya gəlib - FOTOLAR 21 Yanvar 2020, 18:03 Müəllimlərin işə qəbulunda YENİLİK - VİDEO 21 Yanvar 2020, 17:58 Hacıbala Abutalıbovun müraciət etdiyi astroloq Zirəddin Rzayevə: “Gərək Nərmin məsələsini açmayaydı” 21 Yanvar 2020, 17:52 Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu 21 Yanvar 2020, 17:46 Kamran Bayramov Daşkəsənin kəndlərində görüşlər keçirib - FOTOLAR 21 Yanvar 2020, 17:40 Sarkisyanın kürəkənindən SƏRT SÖZLƏR: “Paşinyan və komandası adam deyil” 21 Yanvar 2020, 17:34 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2020, 17:29 Əhəd Abıyev Quşçu kəndində səyyar qəbul keçirib - FOTO 21 Yanvar 2020, 17:23 Dünyanın 54 ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq 21 Yanvar 2020, 17:17 Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək 21 Yanvar 2020, 17:10 Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü 21 Yanvar 2020, 17:04 “Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov 21 Yanvar 2020, 16:58 Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək 21 Yanvar 2020, 16:52 Gəncə sakinindən “Kalaşnikov” tapıldı 21 Yanvar 2020, 16:46 MSK: “95 nəfər namizədliyini geri götürdü” 21 Yanvar 2020, 16:41 Rövşən Sadıxov: “Seçicilərlə sıx və operativ ünsiyyət üçün rayonda daimi ofisim fəaliyyət göstərəcək” 21 Yanvar 2020, 16:36
SORĞU Yeni parlamentdə kimlər olsun?