Arxiv
30 Dekabr 2009, 13:00 | REPORTAJ
Yeni köçkün şəhərciyində köhnə problemlər

Bir müddət öncə Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində məcburi köçkün ailələri üçün inşa olunmuş yaşayış kompleksi istifadəyə verildi. Ümumi ərazisi 3 hektar olan bu şəhərcik hər biri 63 mənzilli 9 mərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yerlik məktəb binasından ibarətdir.  Yaşayış binalarındakı mənzillərin 81-i bir, 180-si iki, 90-ı üç, 18-i isə dördotaqlıdır.
Modern.az-ın əməkdaşı yaşayış kompleksində olaraq yeni mənzillərdə yerləşdirilən köçkünlərin təəssüratlarını öyrənib.
İlk qapısını açdığımız mənzil doqquzmərtəbəli binalardakı evlərdən biri oldu. Ev sahibəsi Mahizər adlı köçkün bizi gülərüzlə qarşılayıb içəri dəvət etdi.  Hal-əhvaldan sonra məcburi köçkün qadından yeni yaşayış yerində özlərini necə hiss etdiklərini soruşduq. Belə bir yaşayış komleksinə köçürüldüklərinə görə razılıq etdi, amma şikayəti də oldu: “Binalar qaz xətləri ilə təchiz edilsə də, mənzillərə mavi yanacaq verilmir. Qışın soyuğunda qazı buraxmırlar. İşıq da çox zəifdir. Otaqları qızdıra bilmirik”. Mahizər xalagil ailədə 3 nəfərdilər, birotaqlı mənzildə yerləşdiriliblər. “17 ildir çox ağır şəraitdə yaşayırdıq. Bura köşməyimizə çox sevinirik. Ancaq nə qədər yaxşı şərait olsa da, Füzuli torpağının yerini verə bilməz”.
Qonşularla da söhbətləşdik. Hamının istəyi mənzillərə qaz verilməsi, istilik sisteminin işə salınması idi.
Şamama adlı yaşlı qadın isə qonşuları naşükür olmamağa çağıraraq, dedi ki, dözməlidilər, qaz, istilik problemi də tədricən həll olunacaq: “Bizim üçün yaradılan bu şəraitə görə ölkə başçısına minnətdarıq. Şəxsən mənim heç bir şeydən narazılığım yoxdur”.
Doqquzmərtəbəli binanı gəzərkən məlum oldu ki, lift də işləmir. Sakinlər aidiyyatı qurumları bu promlemi həll etməyə çağırdılar: “Əksəriyyətimiz 16 ildi rütubətli-nəmişli yerlərdə yaşamaqdan xəstə düşmüşük, sümüklərimizə revmatizm çöküb. 7, 8, 9-cu mərtəbələrə qalxıb-düşmək çətindir. Biz bura yerləşdiriblər sağ olsunlar, amma lifti də işə salsalar, yaxşı olar”.

Qonşu binda yaşayan Qəzənfər dayı, Ceyran nənə də yeni mənzilindən razılıq etdi, amma dedilər ki, insafa gəlib ya qazı, ya da istilik sistemini işə salsınlar, soyuqdan ölürlər.

Yaşayış kompleksində yerləşdirilənlər əsasən Səttarxan adına zavodun ərazisindən köçürülən Qubadlı, Xocavənd, Füzuli, Ağdam, Cəbrayıl köçkünləridir.

Şəhərciyi tərk edəndən sonra “Dövlətqaçqınkom”un nümayəndəsi Sənan Hüseynovla əlaqə saxladıq. Köçkünlərin qaz, istiliklə bağlı şikayətlərini onun diqqətinə çatdırdıq.
S.Hüseynov bildirdi ki, yeni şəhərciyin sakinlərinin mavi yanacaq problemi tezliklə həllini tapacaq: “Hazırda qaz xətləri yoxlanılır. Yeni ilə kimi bütün mənzillərə qaz veriləcək”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Günay MUSAYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Üç sabiq deputat - Xanımlar seçkilərlə bağlı qərarlarını AÇIQLADILAR 13 Dekabr 2019, 11:57 Gömrükçülər külli miqdarda pirotexniki vasitə AŞKARLADILAR 13 Dekabr 2019, 11:52 Futbol Federasiyasının keçmiş prezidentinin evində axtarış aparılır 13 Dekabr 2019, 11:47 Rusiya əhalisi sürətlə AZALIR: 10 ayda 259 min nəfər 13 Dekabr 2019, 11:38 17 saylı seçki dairəsi üstündə QALMAQAL - Keçmiş və indiki “ReAl”çıların NARAZILIĞI 13 Dekabr 2019, 11:37 Polis 29 şübhəlini SAXLADI 13 Dekabr 2019, 11:34 Nazirlik Masallı meşələrində ağac əkəcək 13 Dekabr 2019, 11:29 31 mütəxəssis bu Nazirlikdə işə götürüldü 13 Dekabr 2019, 11:24 Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanımasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30