Modern.az

BDU-da dekan vəzifələrini tutmaq üçün müsabiqə

BDU-da dekan vəzifələrini tutmaq üçün müsabiqə

13 Mart 2012, 18:57

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin «Ali təhsil» müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarının təsdiqi barədə» 400 saylı 09 mart 2011-ci il tarixli əmrinə əsasən, Bakı Dövlət Universitetində səlahiyyət müddəti başa çatmış tətbiqi riyaziyyat və kibernetika, eləcə də jurnalistika fakültələrinin dekanı vəzifələrini tutmaq üçün müsabiqə elan edilib.

Bununla bağlı münasibətini öyrəndiyimiz Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova bildirib ki, sənədlər mövcud Əsasnaməyə müvafiq olaraq bir ay müddətində təqdim edilməli və təyinolunmanın şəffaf, obyektiv aparılmasını təmin etmək məqsədilə akademik Vasim Məmmədəliyevin sədrliyi ilə fəaliyyət göstərən komissiya tərəfindən araşdırılmalıdır.

P.İbrahimovanın sözlərinə görə, komissiya dekan vəzifəsinə iddiaçılar haqqında fakültənin tərkibində olan bütün kafedraların rəyini nəzərə almalı, sonra iddiaçılarla fərdi müsahibə aparılmalı, onların idarəetmə sahəsində bacarıq və qabiliyyətlərini, peşə hazırlığını, elmi-pedaqoji fəaliyyətini, kollektiv arasında nüfuzunu müəyyənləşdirmək üçün anket sorğuları keçirilməli, ekspertlər və kafedraların rəyləri araşdırılmalı, komissiya iclasında müzakirə edilməlidir. Hər bir iddiaçı barədə araşdırmaların nəticələri səs çoxluğu ilə qiymətləndirilməli və elan edilməlidir. Onların həmin vəzifəyə təyin olunub-olunmamasının məqsədəuyğunluğu barədə rektorluğa təqdimat verilməlidir.

P.İbrahimova onu da bildirib ki, istənilən şəxs, hətta xarici ölkə vətəndaşı da müsabiqədə iştirak etmək üçün sənədlərini vermək səlahiyyətinə malikdir.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir