Arxiv
5 Dekabr 2019, 17:42 | AKTUAL
“Vətən məndən başlanır” - UNEC 

Azərbaycan İqtisad Universitetində (UNEC) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən məndən başlanır” adlı sosial layihənin təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, Regional İqtisadi İctimai Birliyinin əməkdaşları, QHT rəhbərləri, millət vəkilləri, şəhid ailələri, eləcə də İnstitutun rəhbər və müəllim heyəti, tələbələr iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan universitetin səlahiyyətli nümayəndəsi Mənsur Bərxudarov  qonaqları salamlayaraq qeyd edib ki, ali təhsil müəssisəsində öz işləri ilə vətəndaşlıq borcunu yerinə yetirən insanların iştirakı ilə belə tədbirlərin təşkil olunması və  gənclərin aktivlik göstərməsi təqdirəlayiqdır. O, haşiyəyə çıxaraq “pasionarlıq” terminin mənasını da dinləyicilərin diqqətinə çatdırıb. Bildirib ki, bu söz dilimizə milli qeyrətin püskürməsi, cəmiyyətin, millətin düşüncəsinə təsiri kimi tərcümə olunur və həqiqətən pasionar olan vətəndaşlarımız var. O, həmçinin  universitetin 6 il bundan əvvəlki və bugünkü durumunu müqayisə edərək rektor Ədalət Muradovun gördüyü işlər sayəsində  universiteti UNEC adlı bir brendə çevirməsini də dinləyicilərin diqqətinə çatdırıb.

 

Daha sonra Zəfər Şəhid ailələrinə İB-nin sədri Sevinc Orucova tədbir iştirakçılarından Dövlət Himnini səsləndirməyi xahiş edib. Hər kəs ürəkdən “Səndən ötrü can verməyə cümlə hazırız” deyib.

 

Çıxış sözü ilə tədbiri davam etdirən S.Orucova layihənin məqsədlərindən danışıb. O şəhid ailələrini, qonaqları tələbələrə təqdim edib. Şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Şəhid mayor Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədova, Şəhid Samid İmanovun həyat yoldaşı İmanova Badam və Qarabağ qazisi Rey Kərimoğlu və başqa qonaqlar tələbələrə təqdim  olunub. Bildirib ki, üç müxtəlif universitetin tələbələri ilə görüşlər keçirilib və məqsəd Azərbaycan, Vətən naminə milli duyğuları, dəyərləri gənclərə  aşılamaqdır. Bir sözlə “vətənin yükünü daşımağı bacaran gənclik yetişdirmək” əsas amaldır.

 

“Başımızın tacı Şəhid ailələri, başımızın tacı qaziləri” sözləri ilə çıxışına başlayan Fazil Mustafa bildirib ki, əslində hamı Vətənini müxtəlif formalarda sevir. Məsələ Vətəni peşəkarcasına sevməkdir. Xalqın tarixində varislik məsələsinə toxunan millət vəkili qeyd edib ki, tarixdə kimsə itirə, kimsə qazana bilər. İtiriləni illər sonra geri qaytara bilmək üçün əhali olaraq bioloji varlığımızı keyfiyyətə çevirməli, varislik ipinin qırılmasına yol verilməməliyik.  O, hərbi xidmətdə gənclərimizin daha çox öyrənməli, hərbiyə  zaman müddətini doldurmaq üçün yox, o sahədə bilik əldə etməsi üçün fürsət kimi  baxmalı olduğunu qeyd edib. Tələbələrin də həmçinin, 4 ili başa çatmasını gözləmək əvəzinə, gecə-gündüz mütaliəsini artırmağı, vətəni haqqında bilgilənməyin lazımlı olduğunu vurğulayıb. “Bu qədər torpaq itirmiş bir xalqın vaxı itirməsindən böyük faciə yoxdur”-deyən F. Mustafa filmlərdə gördüyümüz “300 spartalı” obrazına çevrilmək, onlardan biri olmaq üçün öz üzrəmizdə işləməli olduğumuzu vurğulayıb.

 

Millət vəkili Qənirə Paşayeva layihənin tanıtım çarxını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Basdığın yerləri torpaq deyərək keçmə tanı, düşün altındakı minlərlə kəfənsiz yatanı”. O bildirib ki, belə tədbirlər vasitəsilə şəhidlərimiz, tariximiz  gənclərə tanıtmalı, onları Vətən haqqında düşündürməyə sövq etməkdə vacibdir. O yəhudilərin inkişafını diqqətə çatdıraraq bildirib ki, hər gün Vətən üçün işlər görmək yəhudilərin hər biri üçün mənəvi borcdur. Bildirib ki, artıq XXI əsr suni intellektin meydanı olduğuna görə gənclər ikiqat çalışmalıdır, çünki onların rəqibləri nəinki, insanlar həm də robotlardır. O ölkənin inkişafını da məhz belə parlaq zəkalı aydınlardan asılı olduğunu qeyd edib. Yaponiyanın tarixinə nəzər salan Q. Paşayeva onların atom bombası kimi bir bəladan qurtulduğunu, yenidən dirçəlməklə irəli getməsinin əsas səbəbinin məhz onların ziyalı, gənclərindən asılı olduğunu qeyd edib.

 

Tədbirdə çıxış edən tarixçi alim Firdovsiyyə Əhmədova Vətən sevgisinin gənclərə aşılanmasının əhəmiyyətindən danışaraq, tarixi həqiqətlərin üzə çıxarılmasında, ərazi bütövlüyümüzün qorunub saxlanmasında, işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsində, eyni zamanda, ölkənin gələcək inkişafına nail olunmasında məhz bilikli, peşəkar və dünyagörüşlü gənclərə ehtiyac duyulduğunu bildirib. O gənclərə üzünü tutaraq “Vətənin siması” olmağa çağırıb. Cümhuriyyətin tarixini xatırladan tarixçi alim, daim Avropanın Asiyalıya yuxarıdan aşağı baxdığını, M.Ə.Rəsulzadənin “yaxşı ki yaponlar var, onlar da Asiyanın simalarıdır” fikirlərini, daha sonra məhz 1918-ci ildə Şərqdə ilk müstəqil, demokratik, müasir dövlət modelinin yaratmaqla bu xalqın nəyə qadir olduğunu dinləyicilərin diqqətinə çatdırıb.

 

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı vətənpərvərliyin düzgün təbliği istiqamətində bu səpkili sosial müzakirələrin xüsusi rolunu qeyd edərək, gənclərin Vətənə və xalqa xidmətdə mühüm öhdəliklərindən danışıb və şəhid ailələrinə hər zaman diqqət və dərin ehtiramın olduğunu bildirib. O qeyd edib ki, belə tədbirlərdə tələbələr məcburi deyil, məhz könüllü və yaxından iştirak etməli, sosial şəbəkələrin imkanlarından istifadə edərək vətənpərvərlik hissini aşılayanlardan biri olmalıdırlar.

 

Qarabağ qazisi Rey Kərimoğlu həyatın bütün mərhələrində elmlə vətənpərvərlik duyğularının lazımlı dəyərlər olduğunu qeyd edib. O, gənclərə vətənin tarixi ilə bağlı bilgiləri artırmağı tövsiyə olaraq bildirib.

 

Tədbir tələbələrin çıxışları və onların suallarının cavablandırılması ilə davam edib. Sonda  tələbənin ifasında “Qarabağdadır” muğamından bir parça səsləndirilib, Şəhidlərimizin son sözlərindən ibarət videoçarx izlənilib və  aktiv olan tələbələrə şəhidlərimizin həyatından bəhs edən kitablar təqdim olunub.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28 Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib 5 İyun 2020, 20:16 Bakı evdəqalma qadağasına hazırlaşarkən - FOTOLAR 5 İyun 2020, 20:02 Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO 5 İyun 2020, 20:00 Nissan 2 milyon avtomobilini geri çağırdı 5 İyun 2020, 19:30 Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ 5 İyun 2020, 19:20 Ermənistanda 100-dək polis koronavirusa yoluxdu 5 İyun 2020, 19:11 Rusiyanın Xalq artisti vəfat etdi 5 İyun 2020, 19:02 ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh etdi 5 İyun 2020, 18:53 Azərbaycanda koronavirusdan sağalanların sayı 3871 nəfərə çatdı 5 İyun 2020, 18:44 Bakıda yük maşını yandı 5 İyun 2020, 18:35 Bu günədək aparılan testlərin sayı AÇIQLANDI 5 İyun 2020, 18:26 "Nar"ın müştəri xidmətləri fəaliyyətini davam etdirəcək 5 İyun 2020, 18:17