Modern.az

Kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir

Kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir

6 Dekabr 2019, 10:04

“Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarı satın almaq məqsədi ilə kirayə mənzil fondundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifini özündə ehtiva edir”.

 

Bunu Modern.az-a iqtsiadçı Vüqar Bayramov bildirib.

 

V.Bayramov qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə norma beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edilib:

 

“Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdırlar. Əgər hər hansı vətəndaşın bu növ sosial mənzillərə ehtiyacı varsa , o zaman yerli İcra Hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər”.

 

Onun sözlərinə görə, sosial kirayə müqaviləsi müddətsizdir və növbəlik prinsipi əsasında həyata keçirilir:

 

“Satın almaq məqsədi ilə kirayə evlər maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhədlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir. Vətəndaşlar elektron ipoteka portalı və ya ASAN xidmət vasitəsi ilə müraciət edə biləcəklər”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...