Modern.az

Azercell HP şirkəti tərəfindən sertifikata layiq görülüb

Azercell HP şirkəti tərəfindən sertifikata layiq görülüb

Aktual

14 Mart 2012, 12:09

Azercell Telekom MMC şirkətinin İnformasiyavə Kommuniksiya Texnologiyaları departamenti uzunmüddət sıx əməkdaşlıq apardığıHewlett-Packard (HP) şirkətinin Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi tərəfindən xüsusi sertifikata layiq görülmüşdür. Həmin mükafat şirkətin təsis etdiyi İT Clubtərəfindən müxtəlif texniki həllər təqdim edən əməkdaş şirkətlərə verilir. HP-nin İT Club-ı Azərbaycanda 2 ildir ki, fəaliyyət götərir və bu klubda İnformasiya Texnologiyaları üzrə mütəxəssislər bir araya gələrək İT sahəsində önəmli olan həlləri nəzərdən keçirirlər. Beləliklə, 2012-ci ildə Azercell Telekom MMC  təqdim etdiyi “Converged Infrastructure Solution” texniki həllinə görə HP şirkətinin xüsusi sertifikatına layiq görülüb. Belə ki, HP-nin təqdim etdiyi texniki həllərdən istifadə edərək Azercell-in İT mütəxəssisləri müxtəlif mürəkkəb texniki əməliyyatları həyata keçirməyə imkan verən unikalsistem işləyib hazırlamışlar. HP–nin bir qrup serveri olan Bleyd serverləri üzərində müəyyən həllər düşünülərək bir neçə serverin üzərində ümumi bir proqram  təminatı  hazırlanmış, bunun vasitəsilə bütün resurları bir itiqamətə yönləndirmək mümkün olmuşdur. Azercell-in təqdim etdiyi digər texniki həll isə daha qlobaldır: şirkətin strategiyasını əldə edəcək hesabatları, çox vacib maliyyə hesabatları və bir qrup ümumi hesabatları təmin edən Data Warehouse adlanan bir verilənlər bazası mövcuddur ki, Azercell mütəxəssisləri HP Superdome 2 serveri və XP24000 SAN əsasında Data Warehouse həllini tətbiq edə bilmişdir.  Bunun nəticəsində alınan performans digər Data Warehouse həllərindən daha yüksək səviyyəyə çatmışdır. Həmçinin, HP Blade serverləri üzərində Oracle RAC texnologiyasını tətbiq edilmiş və testlər  göstərmişdir ki, əldə olunan performans göstəriciləri SUN blade serverlər üzərində qurulan Oracle RAC sistemlərindən daha yüksəkdir.

Azercell Telekom MMC-nin mütəxəssisləri daim şirkətin texniki bazasının təkmilləşdirilməsi üzərində çalışaraq ölkə miqyasında unikal texniki həllər təqdim etməkdə davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür