Modern.az

Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO

Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO

6 Dekabr 2019, 19:40

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.  Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb.  Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilib.

 

Modern.az xəbər verir ki, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda olduğu kimi Lerik rayonunda da böyük sevinclə, razılıqla qarşılanıb.  Ölkəmizdə ilk dəfə bir gündə bu sayda ağac əkilib.

 

06 dekabr 2019-cu il tarixdə üç mindən yuxarı rayon sakini bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun  üç mindən çox ağac tinginin əkilməsində iştirak ediblər.

 

 Rayon mədəniyyət mərkəzinin səsləndirdiyi musiqi sədaları və “Rəfti” rəqs kollektivinin çıxışı tədbirə əlavə rəng qatıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...